“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Premyer Liqamızın 31-ci turunda “Neftçi” ilə oyundan (3:2) sonra Qol.Az saytına müsahibə verib.
- “Neftçi” ilə matçda qələbə qazansanız da, rəqib sizə çətin anlar yaşada bildi.
– Doğrudur, ağır oyun oldu. Belə olacağını əvvəlcədən bilirdik. Çünki bu komanda ilə oyunlarımız hər zaman gərgin alınıb. Düşünürəm ki, stadiona gələn hər kəs gözəl futbol izlədi. Qapılara vurulan beş qoldan da göründü ki, oyun gərgin və maraqlı oldu. Əsas olan matçın sonunda üç xalın “Qarabağ”ın aktivinə yazılması idi. Bunu da bacardıq.
- Həyəcanlı keçən oyundan sonra qələbə sevincini yaşamaq necə hissdir?
- Onu sözlə ifadə etmək qeyri-mümkündür.
- Belə çətin qarşılaşmada qazandığınız üç xaldan sonra çempionluq haqda fikirləşmək olar?
- Onu deyə bilərəm ki, çempion olmaq üçün çox yaxşı şans əldə etmişik. Turnir cədvəlindəki mövqeyimiz də birinciliyə layiq olduğumuzdan xəbər verir. Amma növbəti turda bizi çətin “Qəbələ” səfəri gözləyir. Səfərdən üç xalla dönə bilsək, bu haqda düşünmək olar.
- “Qəbələ” səfərindən söz düşmüşkən, çempionatın əvvəlində “Sumqayıt”la oyunda xal itkisindən sonra “Qarabağ”ın 13 turluq məğlubiyyətsizlik seriyasını məhz “Qəbələ” qırdı. İndi isə rəqibiniz dalbadal 8 turdur qələbə qazanır.
- Çempionatda cəmi üç dəfə məğlub olmuşuq. Onlardan biri texniki məğlubiyyət olub, digər ikisində isə “Qəbələ”yə uduzmuşuq. Çalışacağıq ki, qarşıdan gələn bu oyuna yaxşı hazırlaşıb qələbə qazanaq. Çünki bizim üçün hər bir xalın önəmi var. Biz komanda şəklində meydana çıxdığımız bütün matçların vacibliyini dərk edirik. “Qəbələ” ilə növbəti turdakı qarşılaşmadan da üç xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik. İstərdim ki, bu dəfə biz onları dayandıraq.
- Ümumiyyətlə, çempionatın son dörd oyunu haqda nə deyə bilərsən?
- Bircə onu bilirəm ki, biz sona kimi mübarizə aparacağıq. Çempionluğu vaxtından tez təmin etsək belə, yenə də azarkeşlərimizə qələbə sevinci yaşatmağa çalışacağıq.
- Azərbaycan kubokunun finalında da “Neftçi” ilə qarşılaşacaqsınız. Kubokun 2012/2013 mövsümündə məhz “Neftçi” sizi finala çıxmaqdan məhrum etmişdi. Qorxmursan ki, bu dəfə də qalib olmağınıza mane olarlar?
- Kimin qalib gələcəyi haqqında danışmaq hələ tezdir. Çünki futbolda hər şey ola bilər. Biz həmin matça ancaq qələbə üçün çıxacağıq.
Ergün SEYİD
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı