“Unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq”

“Unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq”
ÖLKƏ FUTBOLU 26 Aprel 2015 / 14:23 5280
-  A +

“Çətin qarşılaşma alındı. “Qarabağ”a qarşı ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Ümumiyyətlə, meydanda çox maraqlı mübarizə getdi”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Futbolxeber.az saytına açıqlamasında  “Neftçi”nin hücumçusu Ernest Nfor “Qarabağ”a uduzduqları oyun (2:3) haqda danışarkən deyib.

Kamerunlu futbolçu məğlubiyyətin səbəbini belə izah edib: “Kiçik, fərdi səhvlərə yol verdik. Amma unutmayaq ki, “Qarabağ”a qarşı oynayırdıq. Rəqib əksər hallarda bizi əks-hücumlarda yaxalayırdı. Bu, onlarda çox gözəl alınırdı”.
“Neftçi”nin hücumçusu meydanda aqressiv davranışının səbəbini açıqlayıb: “Son 2 il yarım oyun praktikasından əziyyət çəkirəm. Adımı, nüfuzumu ortaya qoymalıyam. Bu zəifliyin göstəricisi deyil. Üstəlik, nəzərə alın ki, meydanda azlıqda qalmışdıq. 10 nəfərlə 11 nəfərə qarşı oynadıq”.

Nfor “Neftçi”də qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Gələcəyim mənim xidmətimdə maraqlı olan insanlardan asılıdır. Rəhbərlik komandada qalmağımı istəsə, qalacağam. İstəməsələr, o zaman başqa kluba gedəcəyəmm. Hələ ki, qalmağımla bağlı hansısa təklif almamışam. Mövsümün sonunu gözləyək”.

Son xəbərlər