«Neftçi»nin sabiq baş məşqçisi Vlastimil Petrjela Liberetse şəhərində keçirilən xüsusi mətbuat konfransında kozinoda uzuzduğu pullar, qumara aludəçiliyi və psixiatrik klinikasındakı müalicəsi haqda məlumat verib. Qol.Az saytı mətbuat konfransının stenoqramını təqdim edir.
- Son vaxtlar 15 kiloqram çəki artırmışam. Bu, mənim normal həyata dönməyim üçün ilk addımdır. Yanvarın 6-da psixiatrik klinikadı müalicəm başa çatacaq və mən evə qayıdacam.
- Həkimlərə müraciət etməyinizin səbəbi nə idi?
- Mən özümüitirmiş vəziyyətdəydim, nə edəcəyimi bilmirdim. Psixiatra ehtiyacı olan insanların atdığı addımı mən də təkrarladım. Klinikada əsasən qumar aludəçiliyi olan insanlar müalicə olunurdu. Düzdür, narkotikadan əziyyət çəkənlər də vardı. İndi özümü əla hiss edirəm. Hesab edirəm ki, tam sağalmışam.
- Nə vaxt başa düşdünüz ki, köməyə ehtiyacınız var?
- Həkimlərə müraciət etməzdən bir ay əvvəl. Mənim bütün həyatım «ruletkaya» bağlıydı, digər şeylərə marağım itmişdi.
- «Ruletka»ya nə vaxtdan maraq göstərdiniz? Pulunuz çoxuydu?
- Əlbəttə, əgər pulun yoxdusa, qumar oynamaq mümkün deyil. Amma çoxları belə edir. Darıxırdım, boş vaxtlarım vardı və mən «ruletka» oynamağa başladım. Əvvəl bunu maraq xatirinə edirdim, sonra bu, «xəstəliyə» çevrildi.
- Bu üsulla stressi atmaq istəyirdiniz?
- Hə. Bu, «axmağın sevinci» adlanır.
- Dəqiqləşdirə bilərsiniz.
- Bunu mənə həkim deyir. Mən pulu göyə sovururdum. Bəzən qalib gələndə isə şübhəli məmnunluq keçirirdim.
- İndi «ruletka» sizi yenə özünə cəlb edir?
- Müalicədən sonra mən başqa adam olmuşam. Odur ki, indi «ruletka»sız da yaşaya bilərəm. İndi şirnikləndirici əyləncələrdən mənə yalnız kart oynamaq kifayətdir.
- «Ruletka»da çox pul uduzmusunuz?
- Təssəvüredilməz dərəcədə. Uduzduğum pullara böyük fabrik və buna oxşar nəsə tikmək olardı. Yarımmilyard kron (təxminən 19 milyon avro) uduzmuşam. Amma bu o demək deyil ki, mən şər şeyi itirmişəm.
- Məşqçi kimi qazandığınız puldan qalıb?
- Mən indi elə onun hesabına yaşayıram.
- Borcunuz var?
- İnanmarsınız, amma yoxdur.
- İndi boş vaxtlarınızda nə işlə məşğul olacaqsınız?
- Dünyada bir çox maraqlı şey var, mən tez-tez onlar barədə fikirləşirəm. Həm də futbola qayıtmaq istəyirrəm. Əminəm ki, bu, məndə alınacaq.
- Məşqçilik karyeranızı nə vaxt bərpa etməyi düşünürsünüz?
- Özümdə işləmək həvəsi hiss edirəm. Günü bu gün işləməyə hazıram.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi