“Qəbələ” klubunun baş meneceri Qol.Az saytına müsahibəsi
- Komandanız son turda “Neftçi” ilə oyunda vacib qələbə qazandı. Bu matçdan sonra “Qəbələ”nin iddiları nədən ibarət olacaq?
- Düzdü, komandamız “ Neftçi” ilə oyunda həqiqətən də bizim üçün önəmli qələbə qazandı. Amma qələbədən də vacib artıq “Qəbələ”nin komanda şəkilində mübarizə apardığını görməkdir. Artıq komandada həqiqi mənada irəliləyiş var. Bu, baş məşqçimizin və futbolçularımızın əməyi sayəsindədir. Roman Qriqorçuk hər zaman qeyd edir ki, daha da inkişaf edəcəyik. Belə də olmalıdır. İnanıram ki, uğurların davamı gələcək.
- Artıq 3-cü yer uğrunda iddialarınız artdı. Avropa Liqası haqqında düşünmək olarmı?
- Biz hər zaman Avroliqa haqqında düşünürük. Mövsümün əvvəlində hədəfimiz nə idisə, indi də odur. Bizim klubda həmişə nikbin fikirlər olub. Yəni Avropa kuboklarından əlimizi üzmək niyyətimiz yoxdur. “Qəbələ” kimi kluba hər şeyin bitdiyini düşünmək yaraşmaz. Bugünkü uğurlu seriyamız göstərir ki, bizim gördüyümüz işlər hədər getmir.
- Son turlarda qazanılan uğurlardan sonra deyə bilərikmi, Roman Qriqorçuk ona olan etimadı doğrultdu?
- Qriqorçukun “Qəbələ”yə baş məşqçi təyinatından sonra ardıcıl 3 tur məğlub olmamız da bizim ona etimadımızı azaltmamışdı. Yəni ilk günlərdən biz onun bu komandada yaxşı işlər görəcəyinə inanırdıq. Hətta kubokda “Simurqa” uduzanda baş məşqçi haqda mənfi düşüncələrimiz olmayıb. Avropa Liqasına vəsiqə qazana bilməsək də, rəhbərliyin Qriqorçuka olan inamı ölməyəcək.
- Qış fasiləsində “Qəbələ”də dəyişikliklər zamanı qeyd etmişdiniz ki, komandaya transfer məsələlərini ancaq rəhbərlik həll edəcək. Amma Qriqorçukun təyinatından sonra, demək olar ki, bütün transferlər onun istəyi ilə oldu. Bütün bunlar ona olan inamdan irəli gəlirdi?
- Biz Qriqorçuka həm meydanda, həm də meydandan kənarda çox inanırıq. O, insan kimi də özünü yaxşı tərəfləri ilə göstərə bilib. Bütün bunlar son turlarda qazanılan qələbələrdən irəli gəlmir. Qriqorçukun təyinatından sonrakı ilk turlarda ardıcıl məğlubiyyətlər zamanı da bunu qeyd edirdik. Çünki onun “Qəbələ” ilə uğur qazanacağına inanırdıq. Biz transfer məsələsində də güvəndik və onun tanıdığı futbolçuları komandaya cəlb etdik. Həmin futbolçular da özlərini yaxşı mənada doğruldur. Bu da göstərir ki, biz yanılmamışıq. Yay transfer pəncərəsində komandaya cəlb olunacaq futbolçuların seçimini də baş məşqçi ilə birgə həyata keçirəcəyik. Hətta bu məsələyə indidən başlamışıq.
- Hansısa futbolçularla danışıqlar aparılır?
- Bununla bağlı yaxın vaxtlarda məlumat verəcəyik. Hələlik bu haqda danışmaq tezdir.
Ergün SEYİD
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi
“İmişli”yə texniki məğlubiyyət veriləcək
“Qarabağ”ın 4 oyunu İTV-də
"Turan Tovuz" - "Qəbələ": Heyətlər
Flik İspaniya millisinə gileyləndi
“Fənərbaxça” - “Trabzonspor” oyununun vaxtı dəyişdirildi
"İmişli" - "Sumqayıt": Heyətlər
Millimiz Monteneqro ilə qarşılaşacaq
"Mançester Siti"nin futbolçusu 7 oyunu buraxacaq
“Qarabağ”ın qapıçısı mükəmməl oynadı” - Ruan Renato
Nuri Şahin Superliqa klubunda
"Elə şeylər var ki, puldan üstündür" - Elvin Məmmədov
1-ci liqada 5 oyunun vaxtı açıqlandı
"Qarabağ"a qalib gəlməliyik" - "Benfika"nın baş məşqçisi
Antoni Marsial bu klubda
Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandılar
"Benfika"dan heç-heçə
"Bayer" "Ayntraxt"a qalib gəldi
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video
Millimiz böyük hesabla Gürcüstana uduzdu
"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov
"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
"Şəfa" və "Səbail"dən qələbə
"Daha aqressiv kollektiv görmək istəyirik" - Adil Şükürov
"Daha da yaxşı olmalıyıq" - Elmar Baxşıyev
"Turan Tovuz" futbolçularını "Qəbələ" və "Kəpəz"ə verdi