“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az-a müsahibəsi
-Namiq “Karvan”la oyunun hazırlığı necə keçir?
- Yaxşı. Bu gün Yevlaxa yola düşəcəyik. Komandamız hər oyuna olduğu kimi bu matça da yüksək səviyyədə hazırlaşır.
- “Karvan”da vəziyyət bir o qədər də yaxşı deyil. Komandasının son uğursuzluğundan sonra baş məşqçi Yunis Hüseynov istefa verdi. Necə düşünürsən, “Qarabağ” bu matçda rahatlıqla qələbə qazana biləcək?
-Hazırda zəif komanda anlayışı yoxdur. Hər klub rəqibinə qarşı layiqli müqavimət göstərir. Düşünürəm ki, bizim üçün çox çətin olacaq. İnşallah qələbə bizimlə olar.
- Komandanız ardıcıl üç oyundur ki, qələbə qazanır. Turnir cədvəlinin üç liderindən birisiniz. Səncə,bu uğurun sirri nədədir?
- Baş məşqçimiz Qurban Qurbanov çox mehriban bir kollektiv yığıb. Uğurun da ən böyük səbəbi də məhz budur. Bir-birimizin sözü aramızda mehribançılıqla qəbul olunur. Bundan gözəl nə ola bilər?!
- Ümumiyyətlə çempionluq yolunda özünüzə rəqib olaraq kimi görürsən?
-Bu il “İnter” yaxşı təsir bağışlayır. Amma Allahın köməkliyilə çempion biz olacağıq.
-Bir müddət “Neftçi”də çıxış etdin. Sonra yenidən “Qarabağ”a döndün. Dönüşündə hansı amil rol oynadı. Qarabağlı olmağın, yoxsa…?
- Mən elə bil ki, öz evimə döndüm. “Qarabağ”a dönüşüm Rasim Karanın baş məşqçilik dövrünə təsadüf etdi. Qurban Qurbanovun komandamıza gəlişi isə lap yerinə düşdü.
- “Qarabağ”ın oyunçularından meydanda ən yaxşı kimlə dil tapa bilirsən?
- Demək olar ki, hamısıyla. Çünki biz hamımız bir məqsəd uğrunda vuruşuruq. Düşünürəm ki, şəxsi həyatda kimləsə münasibətin pis ola bilər, amma meydanda nəticə qazanmaq üçün can deyib, can eşitmək lazımdır.
- “Qarabağ”ın Avroliqadakı çıxışından sonra sənə transfer təklifləri gəldi?
- Avroliqada şükürlər olsun ki, yaxşı çıxış etdik. Yəqin ki, hamı bizdən razı qaldı. Şəxsən mənə real bir təklif olmadı.
- “Qarabağ”ın heyətindən milliyə çağırılmayan nadir oyunçulardansan. Sən özünü millidə çıxış edənlərdən zəif hesab edirsən?
- Xeyr, heç bir oyunçudan özümü zəif hesab etmirəm. Hər bir məşqçinin öz baxışı var. Belə çıxır ki, millinin oyununa uyğun gəlmirəm. İnşallah, milliyə məni də dəvət edərlər.
- Yəqin razılaşarsan ki, bizim futbolçuların nitqində problem var. Bu da bədii ədəbiyyatı oxumamaqdan irəli gəlir. Sənin mütaliə etməklə aran necədi? Kitab oxuyursan?
- Sizinlə razıyam. Amma şəxsən mənim kitab oxumaqla aram yaxşıdır. Daha çox isə televiziya proqramlarını izləməyə və internetə üstünlük verirəm. İngilis dilini bilirəm. Bəzən, məşqçilərin fikirlərini legionerlərə mən tərcümə edirəm.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?