Albaniya - Ermənistan matçında Türkiyə bayrağı (FOTO, VİDEO)

Albaniya - Ermənistan matçında Türkiyə bayrağı (FOTO, VİDEO)
VİDEO 30 Mart 2015 / 22:46 6304
-  A +

"Avro-2016"nın seçmə mərhələsində dünən keçirilən Albaniya - Ermənistan (1:2) matçında azarkeşlər arasında mübahisə düşüb.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, Albaniya millisinin futbolçusu Qaşinin 81-ci dəqiqədə vurduğu qələbə qolundan sonra alban azarkeşlərdən biri qol sevincini Türkiyə bayrağını açaraq qeyd edib.

Bu isə erməni azarkeşlərin narazılığına səbəb olub. Hiddətlənən fanatlar polisin müdaxiləsindən sonra sakitləşib.


Daha çox


Son xəbərlər