“Simurq"un hücumçusu Elşən Məmmədovun müsahibəsi
- Qarşıda Lənkəranla çətin və vacib oyun var. Təqvimin sıxlığını və 7 günə 3-cü oyununa çıxacaq komandanın yorğunluğunu nəzərə alsaq, "Xəzər Lənkəran"la qarşılaşmadan hansı nəticəni gözləmək olar?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Sevinirik ki, "Standard"la qarşılaşmada ardıcıl 5-ci qalibiyyəti aldıq. İndi növbəti matça hazırlaşırıq. Nikbinik və matçın çətin keçəcəyinə baxmayaraq, qalib gəlmək istəyirik. Məncə, bunda təəccüblü heç nə yoxdu.
- Qələbələrə alışmamısınız?
- Bizdə rəhbərlikdən tutmuş oyunçulara kimi, heç kəs məğlub olmağı sevmir. Hər oyuna yüksək əzmlə çıxırıq. Həmişə də rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq istəyirik. Son turlara diqqət yetirsək, görərik ki, bu, bizdə heç də pis alınmır. Qələbə seriyasını davam etdirməyə çalışacağıq.
- Bu uğurlarda müəyyən qədər sənin də xidmətin var. Kollektivdə özünü hansı yerdə görürsən?
- Bunun elə bir əhəmiyyəti yoxdur. Qalib gəldiyimiz oyunlarda qolu kimin vurduğuna, məğlub olduğumuz görüşlərdə həlledici səhvi kimin buraxdığına biz heç vaxt diqqət yetirmirik. Çünki uğur da, uğursuzluq da bütün komandanın ayağına yazılır və belə də olmalıdır. Hamının burada müəyyən payı var.
- "Simurq"un heyətində vurduğun qolları sayırsan?
- Onların sayı elə də çox deyil (gülür). Ona görə də əksəriyyəti yadımdadır. Təbii ki, qolların sayının daha çox olmasını istərdim.
- İstər-istəməz milli komanda barədə sual ortaya çıxır; lider komandanın start heyətinə yer alırsan, qol vurursan, amma əvvəlki tək yenə də milli komandanın məşqçilərinin diqqət mərkəzindən kənarda qalmısan. Həm də komandada hücumçu problemi ola-ola. Özünü Azərbaycan millisində görürsənmi?
- Mənim görməyim başqa, məşqçilərin görməyi başqa. Deməzdim ki,orada oynayan hansısa futbolçuda zəifəm. Sadəcə, indiki halda çağırılmıram və bunun səbəbi mənim xidmətlərimə ehtiyac duyulmamasıdır. Hər məşqçinin futbola öz baxışı, oyunçu seçimi var. Ola bilər, mən məşqçinin seçiminə uyğun gəlmirəm. Bunda kimisə günahlandırmağa dəyməz.
Mənbə: "Simurq"un rəsmi internet saytı
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı