“İnter”in prezidenti Georgi Nikolov Unibank Premyer Liqasının bu gün keçiriləcək mərkəzi “İnter” - “Bakı” matçı öncəsi Qol.Az saytına müsahibə verib
- Cənab Nikolov, “Bakı” ilə oyun öncəsi firlərinizi bilmək maraqlı olardı...
- Paytaxt derbisi olacaq. Nə deyə bilərəm? Eyni səviyyəli heyətə malik iki komanda mübarizə aparacaq. Hər iki tərəf üçün vacib matçdır. Məncə, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar.
- Oyunu prinsipial adlandırmaq olarmı?
- Xeyr, mən “Bakı” ilə oyunu prinsipial saymıram. Mövsüm hələ ki, yeni başlayıb, mübarizə yeni-yeni qızışır. Bir sözlə, hələ əsas mübarizə və prinsipial oyunlar irəlidədir. Təbii, “Bakı” ilə qarşılaşmada prinsipiallıq olacaq, amma biz buna sırf idman prinsipiallığı tərəfindən baxacağıq.
- Bu suala ona görə verdik ki, ötən mövsüm sona iki tur qalmış məhz “Bakı” qızıl meddalları qazanmağa imkan verən zirvəni sizin əlinizdən almışdı...
- Bilirsiniz, ötən mövsüm artıq keçmişdə qaldı. “Bakı” ötən mövsüm həqiqətən də çempionluğa layiq idi. Dediyim kimi, biz sabah ötən ilki matçın revanşı haqqında düşünməyəcəyik.
- Hazırda düşərgədə əhval-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Uşaqlar da üzərlərinə düşən məsuliyyəti gözəl anlayırlar və bilirlər ki, “Muğan”la oyunun eyforiyası ilə yaşamaq olmaz.
- Rəqibin düşərgəsində xeyli dəyişiklik oldu və baş məşqçi postuna Bülənt Qorxmaz gətirildi. Bunlara münasibət bildirmək istəmirsiniz?
- Mən düşünmürəm ki, bu dəyişiklilər “Bakı”nın lehinə işləyəcək. Bəzən belə düşünürlər ki, yeni məşqçi, yeni oyun tərzinin özünü təsdiqi üçün zaman ehtiyac olur və komanda bir müddət öz oyununu ortaya qoya bilmir. Amma mən “Bakı”nın belə problem yaşayacağını proqnozlaşdırmıram. Onlar istənilən halda güclü rəqibdirlər yeni baş məşqçi amili orada heç nəyi dəyişməyəcək.
- Belə məlumatlar gəzir ki, qələbə təqdirində “İnter” rəhbərliyi futbolçularına 50 min dollar məbləğində mükafat verəcək.
- Bilirsiniz, bizdə hansı oyuna mükafatın verilib-verilməyəcəyini prezident yox, baş məşqçi Kaxaber Sxadadze müəyyənləşdirir. O, komandanın sponsoru ilə söhbətləşir, bu məsələni onların diqqətinə çatdırır. Yəni, rəhbərlik futbolçular üçün mükafat müəyyənləşdirmir. Bir də ki, mən sabahkı oyunu xüsusi fərqləndirməzdim. Çünki ən həlledici oyunlar hələ irəlidədir. Yəni 1 oyunla çempionatın havası dəyişmir.
- Bazar günü Salyanda “Muğan”la oynadınız. Sabah “Bakı”nı, bazar günü isə “Standard”ı qəbul edəcəksiniz. 1 həftəyə 3 çətin oyun keçirmək həddindən artıq yorğunluğa, sistem pozğunluğuna səbəb olmayacaq ki?
- Siz, görün İngiltərədə necə sıx qrafiklə oynayırlar. Bəzən 2 gündən bir oyuna çıxırlar. Bu mənada, biz də yavaş-yavaş sıx qrafikə öyrəşməliyik. Şəxsən “İnter” klubunun buna qarşı böyük narazılığı yoxdur. Əlbəttə, qrafik normal olsa, daha yaxşıdır. Amma neyləmək olar? Bizdə də millinin oyunları ilə əlaqədar çemponatda yaranmış fasiləni belə kompensasiya edirlər də.
- «Bakı» ilə oyun öncəsi 4 aparıcı futbolçunuzun oynamama riski var. Hərbi xidmətə yollanan Cavid Hüseynovu da buraya əlavə etsək, 5 itki ilə oynamaq sizi qorxutmur?
- Əlbəttə bu, bizim üçün heç də xoş olmayan bir hadisədir. Aparıcı futbolçuların ciddi zədəyə məruz qalması böyük itkidir. Amma düşünürəm ki, “İnter”in kifayət qədər uzun ehtiyyat oyunçular skamyası var və Sxadadze vəziyyətdən çıxa biləcək.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı