"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl və menecer Asif Əsgərov "Tvente" klubunun rəhbərliyinin dəvətilə Hollandiya yollanıblar. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə hər iki klubun qarşılıqlı əməkdaşlıq qurması haqqında razılıq əldə olunub. Gənc m
əşqçilərimizin Hollandiyada kurslarda iştirakı, "Tvente" məşqçilərinin Bakıya gəlməsi də müzakirə mövzuları olub. "Tvente"nin prezidenti Joop Munsterman müasir Azərbaycan futbolunu 5-6 il öncəki Hollandiya futbolu ilə müqayisə edib. Görüşdə baş verən maraqlı məqamlardan biri, "Tvente"nin tarixinə dair videorolikdə klubun son əldə etdiyi uğur zamanı klub prezidentinin baş məşqçi Stiv Maklareni qucaqlayaraq ağlaması zamanı olub. Videoroliki izləyən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin "deyəsən ağlayan tək klub prezidenti mən deyilmişəm" kəlməsi qarşısında holland klubunun prezidenti "bizi birləşdirən məqamlar hələ çox olacaq" cavabını verib.ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord