“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bazar günü UniBank Premyer Liqasının VII turu çərçivəsində Ağdamda keçiriləcək “Qarabağ”-“Neftçi” oyunu ərəfəsində Qol.Az saytına müsahibə verib. Müsahibədə Qurbanov milli komandamız haqqında da fikirlərini bölüşüb.
- Qurban müəllim, öncə gəlin, milli komandamızın son oyunundan danışaq...
- Komandamız çox yaxşı oynadı. Həqiqətən də son iki oyunda 4 xal toplamaq hamımızı sevindirdi. Futbolçularımız çox əziyyət çəkdilər, vuruşdular və layiq olduqları nəticəni əldə etdilər.
- Rusiya ilə matçın 1:1 nəticələnməsi sizin üçün gözlənilməz olmadı ki?
- Yox, nəyə görə gözlənilməz olmalıdır ki? Son vaxtlar həm klub, həm də milli komanda səviyyəsində yaxşı oyunlarımız olub. Düzdür, klublarımızdan fərqli olaraq, milli komandamız son ana qədər uğurlu nəticə qazana bilmirdi Amma oyun var idi. Futbolda isə belədir ki, əgər oyun varsa, gec-tez nəticə də olacaq. Üstəlik, rusları yaxından tanıyırdıq, bizə tanış rəqib idi, oyun sistemlərinə bələd idik. Əslində, millimizin son oyunda qazandığı nəticələr daha əvvəlldən olmalıydı. Çünki ortaya qoyulan oyunlar bunu deməyə əsas verir. Lakin uğurlu nəticələr son 2 tura təsadüf etdi.
- Artıq böyük əksəriyyət hazırkı, gənc heyətə malik millinin gələcəyinə böyuk ümidlərlə baxır. Növbəti seçmə mərhələdə isə komandamızdan daha çox xal gözləyirlər. Siz necə düşünürsünüz?
- İnşallah, biz də çox ümidliyik. Bu il həqiqətən gənc futbolçularımız kifayət qədər beynəlxalq təcrübə topladılar. Onlar həm klubların, həm də milli komandanın heyətində yetərincə oyun təcrübəsi topladılar ki, bu da növbəti seçmə mərhələdə daha çox xeyrimizə olacaq. Bundan başqa, son vaxtlar çempionatımızın səviyyəsi də qalxır. Artıq Azərbaycan çemponatında “zəif komanda” və “zəif oyun” anlayışı yoxdur. Bütün komandalar bir-birlərinə qarşı layıqli müqavimət göstərir. Bu isə futbolçulara dincəlmək imkanı vermir və onlar çətin qrafikdə oynamağa öyrəşirlər.
- Millinin uğurlarında “Qarabağ”ın, konkret Qurban Qurbanovun da az əməyi yoxdur. Necə düşünürsünüz?
- Bu fikirlərlə tam razılaşa bilmərəm. Milli komandanın yaxşı oynamasında və son uğurlarında Berti Foqtsun əməyi çox böyükdür və bunu dəyərləndirmək lazımdır. O, həqiqətən milli komandanı formalaşdırmaq üçün əziyyət çəkdi, bütün futbolçulara şans verdi, onları sınadı və yekunda yavaş-yavaş optimal heyət formalaşdırıb nəticələr qazanmağa başladı. Biz, sadəcə, yerli gənclərə daha çox şans verməklə onların potensiallarını tam ortaya qoyması üçün şərait yaradırıq və bununla da milli komandanın baş məşqçisinə kömək etmiş oluruq.
- Rusiya ilə oyunda “Qarabağ”ın futbolçuları necə təsir bağışladılar?
- Normal oynadılar. Əllərindən gələni etdilər. Bir neçəsi 90 dəqiqə meydanda oldu. Mən inanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar. Əgər, bu gün ruslarla 1:1 oynayırıqsa, deməli, hazırkı gün üçün sərf etdiyimiz güc azdır. Onlara qalib gəlmək, və ümumiyyətlə, daha yüksək səviyyədə oynayıb, daha böyük uğurlar qazanmaq üçün hazırkı gücümüz yetərli deyil. Futbolçular öz üzərlərində daha çox işləməlidirlər.
- Vaqif Cavadovun üzərində xüsusi dayanmaq istəyirik. Çünki o, son vaxtlar vurduğu qollardan əlavə, həm də əla formada olması ilə də diqqət çəkir.
- Vaqifə görə, çox sevinirəm. O, həqiqətən də get-gedə daha yaxşı oynamağa başlayıb. Bundan sonra öz üzərində daha çox işləməli, bundan da çox çalışmalıdır. Bu mənada, həm də onun üzərində ciddi nəzarət olmalıdır. Mütləq olmalıdır. Həm mən tərəfdən, həm də özü tərəfindən.
- Son oyunlardan sonra Cavadova qarşı maraq xeyli artıb. Hətta onun ölkə xaricinə transferi məsələsi də gündəmə gəlib. Maraqlıdır, real bir təklif olarsa, Cavadov satıla bilərmi?
- Təbii ki, yaxşı təklif olarsa və Vaqifin daha güclü çempionatlarda oynamaq şansı yaranarsa, “Qarabağ” tərəfindən heç bir problem yaradılmayacaq. Amma burada bir məsələ var. Gərək getməmişdən əvvəl yaxşı-yaxşı ölçüb biçəsən. Yoxsa, lap belə güclü çempionatdan təklif olsa belə, tələsik qərar qəbul edib getmək düzgün olmazdı. Gərək fikirləşəsən ki, getdiyim ölkə, orada oynanılan futbol mənim oyun tərzimə uyğun gəlir, yoxsa yox. Getdiyin yerdə gərək mütləq oynayasan. Daha bu gün gedib, sabah təzədən “Qarabağ”a qayıtmayasan.
- İndi də gələk bazar günü sizin iştirakınızla keçiriləcək turun mərkəzi qarşılaşmasına. “Neftçi” ilə oyunun hazırlığı necə gedir, düşərgədə mühit nə yerdədir?
- Atmosfer normaldır. Futbolçularda bir qədər yorğunluq var. Çünki komandanın yarısı müxtəlif milli komandaların düşərgəsindən gəliblər. Təəssüf ki, zədəli futbolçularımız da var və bu bizi çox narahat edir. Lakin çıxıb 90 dəqiqə mübarzə aparacağıq.
- Yəqin ki, oyundan gözlədiyiniz ancaq və ancaq qələbədir?
- “Neftçi” - “Qarabağ” oyunları həmişə maraqlı və gərgin keçib. Əminəm ki, bu dəfə də belə olacaq. “Neftçi” daim bütün rəqibləri üçün güclü rəqib sayılıb. Amma bir məsələ də var ki, “Qarabağ” həmişə “Neftçi”yə qarşı yaxşı oynayıb.
- Uzun müddətli fasilədən sonra “Neftçi” ilk dəfə Ağdama səfər edəcək. Bu amil özü oyuna əlavə rəng qata bilər?
- Bəlkə də ötən mövsüm bu oyun olsaydı, atmosfer başqa cür olardı. Çünki Quzanlı stadionunda ilk oyunlar keçirilirdi. Amma indiki halda ajiotaj o ola bilər ki, “Neftçi” Ağdama gəlir. Yəni, “Neftçi” flaqmandır və bu komandanın bölgələrə səfəri daim maraqla gözlənilib.
- Amma biz əlaqə saxlayıb Ağdamdakı oyun öncəsi son durumu öyrəndik və məlum oldu ki, yerli azarkeşlər sizin kimi düşünmürlər. Onlar belə fikirləşirlər ki, “Neftçi”nin gəlişini ajiotaja çevirmək lazım deyil, “Qarabağ” istənilən halda güclüdür və qalib gələcək.
- Təbii, azarkeşlərimizi başa düşürəm. Hamı qələbə istəyir, uduzmağı sevmir və öz komandasını ən güclü sayır. Biz də çox istəyirik ki, meydanı qələbə ilə tərk edib onları sevindirək. Lakin həddindən artıq çətin bir oyun bizi gözləyir.
- Sonda. Sabiq baş məşqçiniz Vaqif Sadıqova qarşı komanda çıxaracaqsınız. Nə düşündükləriniz maraqlıdır?
- Vaqif Sadıqovun gəlişi “Neftçi”nin oyununa mütləq müsbət mənada təsir edəcək. O, çox tələbkar, nizam-intizamı sevən güclü mütəxəssisdir. Rəhbərliyi altında oynadığımdan bunu dəqiq bilirəm.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?