“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Qol.Az-a müsahibə verib.
- İlk olaraq Antalyada keçirdiyiniz təlim-məşq toplanışı barədə danışardınız.
- Hazırlığımız çox yaxşı keçdi. Antalyada on gün məşq keçdik. Təxminən 16-17 məşqimiz oldu. Həm fiziki, həm də taktiki tapşırıqlar üzərində işlədik. Bir sözlə 10 gün ərzində yaxşı çalışdıq.
- Eyni zamanda məşqlərdən əlavə 2 yoxlama oyunu da keçirdiniz.
- Hə, iki yoldaşlıq oyunu oynadıq. Ilk matçda həvəskar klubla qarşılaşdıq. Bildiyiniz kimi, 8 qolla qalib gəldik. Daha sonra isə “Qaziantepspor”la görüşdük və 1:1 hesabı qeydə alındı. “Qaziantepspor” bizə qarşı əsas heyətlə oynadı. Bütün aparıcı futbolçuları meydana çıxmışdılar.
- Bu qarşılaşmalarda futbolçuların çıxışından razı qaldınız?
- Oyunları analiz etdik. Futbolçulara səhv etdikləri epizodları göstərdik. Nədə yalnışlığa yol verdiklərini başa saldıq. Ümumi götürdükdə Antalyadakı təlim-məşq toplanışından razı qaldım. Düzdür, çoxları üçün əsas olan nəticədir. Amma mən hər zaman demişəm ki, nəticə qazanmaq üçün vaxta ehtiyac var. Dəfələrlə demişəm, yenə də təkrar edirəm - mənim əlimdə sehrli çubuğum yoxdur. Bütün problemləri bir anda həll edə bilmərəm. Nəticə qazanmaq və istədiyimiz oyunu sərgiləmək üçün vaxta ehtiyacımız var.
- Yoxlama oyunlarından sonra beyninizdə təxmini də olsa, komandanın heyətini formalaşdıra bilmisinizmi?
- Əlbəttə, heyəti yavaş-yavaş qururam. Artıq kimləri meydana buraxacağımızı tam da olmasa, müəyyən qədər bilirik.
- İlk baxışdan, “Qaziantepspor”la oyuna görə belə demək olar ki, əsasən legionerlərə şans verəcəksiniz...
- Mənim üçün futbolçularımın hamısı azərbaycanlıdır. Mən onlara legioner gözüylə baxmıram. Mən azərbaycanlı olduğum kimi, onlar da azərbaycanlıdırlar. Mən bütün oyunçulara şans verəcəyəm. Heç bir oyunçu daimi əsas heyət üzvü deyil. Kim yaxşı çalışsa, məşqlərdə özünü yaxşı tərəfdən göstərsə, o da meydana çıxacaq.
- Komandanın qarşısına qoyulan hədəflər nədən ibarətdir?
- Əsas hədəfimiz futbolçu yetişdirməkdir. Biz futbolçu yetişdirməyə çalışırıq. Amma bu dərhal olmayacaq. Zamana ehtiyac var. Artıq aşağı yaş qrupu üzrə komandalardan 4 oyunçunu əsas heyətə cəlb etmişik. Onları Antalyaya da aparmışdıq.
- Tezliklə komandanızın bazası da istifadəyə veriləcək. Yəqin ki, bundan sonra işiniz bir qədər də asanlaşacaq.
- Əlbəttə, bazamız olandan sonra işləmək bizim üçün daha asan olacaq. Komanda artıq hər zaman gözümüzün önündə olacaq. Uşaqlara ciddi fikir verəcəyik. Təbii ki, hədəfimiz “Bakı”nı daha yaxşı yerlərə gətirib, çıxarmaqdır. Biz də məhz bunun üçün çalışırıq.
- Sizin futbol fəlsəfənizə əsasən komanda aqressiv futbol oynamalıdır. Amma “Bakı”nın oyunçuları bu cür oyun stilinə deyil, texnikaya üstünlük verirlər. Bu problemi aradan qaldırmağı necə düşünürsünüz?
- Heç bir məşqçi oyun fəlsəfəsini komandaya dərhal aşılaya bilməz. Mən mövsümün əvvəlindən komandada olmamışam. Bu transferləri mən etməmişəm. Amma indiki halda oyunçuların hamısı mənim üçün yeni transferdir. Bizim fəlsəfəmizə uyğun gələn, komandaya can yandıran, xeyir verənlər bizimlə qalacaq. Əksinə olanlar isə gedəcəklər. Burda söhbət təkcə futbolçunun meydandakı oyunundan getmir. Onun meydandan kənardakı davranışı, məşqlərdəki çalışması, komandanın içində özünü necə aparması da böyük önəm daşıyır.
- Çempionatdakı rəqibləriniz haqda məlumatınız var?
- Əlbəttə var. Mən hələ ötən il gələndə bir neçə oyuna baxmışam. İndi bir neçə qarşılaşmanı izləmişəm. Rəqiblərimizin oyunlarının kassetlərinə də tamaşa edirəm. Bir sözlə rəqiblərimiz haqda mümkün qədər çox məlumat toplamağa çalışıram.
- Bu mövsümdən etibarən çempionatımızın formatı dəyişdirildi. Komandalar iki dövrəni başa vurduqdan sonra “altılıq”da yarışacaqlar. Format haqda nə düşünürsünüz?
- Belə qərar qəbul olunubsa, oynamalıyıq. Başqa nə edə bilərik ki? Amma mən hesab edirəm ki, yarışın qaydaları normal olsaydı, yəni əksər ölkələrdə olduğu kimi iki dövrədən ibarət çempionat keçirilsəydi, daha yaxşı olardı. İstənilən halda, federasiyanın qərarına hörmətlə yanaşmalıyıq.
- Komandaya gəldikdən sonra ilk işiniz ciddi nizam-intizam qurmaq oldu. Bunun komandaya faydası dəyirmi?
- Hər bir komandada qayda-qanun olmalıdır. Bu qaydaları da mən tətbiq edirəm. Qaydalarıma riayət edənlər komandada qalacaqlar. Nizam-intizamı pozmaq istəyən oyunçuya isə dərhal qapını göstərəcəyik.
- Bu qayda-qanunu pozan var?
- Əgər belə şey olsa, özünüz bunu görəcəksiniz.
- llk günlərdən ümidlərinizi doğrultmayan oyunçu var?
- Məni futbolçudan narazılığım olsa, bunu jurnalistlərə demərəm. Gedib, futbolçunun özünə çatdıraram. Komandanın daxili işləri heç vaxt mətbuata çıxmamalıdır.
- Komandanı artıq tam tanıya bilmisinizmi?
- Hə, artıq bütün futbolçular haqda geniş məlumatım var.
- Gənc oyunçulardan kimisə xüsusi fərqləndirə bilərsiniz? Hansılar ki, gələcəkdə böyül futbolçu ola bilərlər.
- Təbii ki, komandamızda belə oyunçular var. Bəxtiyarın, Rəhmanın, Orxanın, Hacının adını çəkə bilərəm. Adlarını çəkdiyim bu oyunçular gəncdirlər. Hələ üzərlərində çox çalışmalıdırlar. Əgər gələcəkdə böyük futbolçu olmaq istəyirlərsə, özlərinə ciddi şəkildə fkir verməlidirlər. Qidalanmalarına, məşqlərinə, hazırlıqlarına və s.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı