Cavadovdan qələbə qazandıran məhsuldar ötürmə (VİDEO)

Cavadovdan qələbə qazandıran məhsuldar ötürmə (VİDEO)
VİDEO 9 Fevral 2015 / 11:57 5697
-  A +

Azərbaycan millisinin futbolçusu hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" klubu Türkiyə birinci liqasında ötən gün növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Bolu təmsilçisi 19-cu turda səfərdə "Manisaspor"un qonağı olub.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 90-cı dəqiqəsində meydana çıxan Vaqif Cavadov komandasının qələbə qolunun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, bu qələbədən sonra xalını 26-ya yüksəldən "Boluspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner