Oktyabrın 10-da Moskvada Rusiya - Almaniya matçını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun köməkçisi Vaqif Sadıqov Qol.Az-a müsahibə verib.
- Vaqif müəllim, öncə Rusiya-Almaniya oyunu ilə bağlı təəssüratlarınızı öyrənək.
- Gərgin oyun oldu. Hər iki tərəfə nəticə lazım idi. Rusları ancaq qələbə, almanları isə 1 xal da qane edirdi. Sonda isə qələbə qazanan Almaniya millisi dünya çempionatına birbaşa vəsiqə qazandı.
- Konkret ruslar necə təsir bağışladı? Çünki iki gündən sonra onlarla üz-üzə gələcəyik.
- Pis təsir bağışlamadılar. Qol vurmaq üçün şansları da oldu. Lakin Almaniya Almaniyadır, 1 qol vurdu və qələbəni bayram etdi. Bununla da “futbolu hamı oynayır, amma qələbəni sonda almanlar qazanır” ifadəsi bir daha öz təsdiqini tapdı. Bundan əlavə, rusların mənfi tendensiyası da davam etdi. Onlar indiyə qədər bir dəfə də olsun Almaniya millisinə qalib gələ bilməyiblər.
- İndi isə öz millimizin oyununa toxunaq.
- Lixtenşteynlə görüşü televiziya vasitəsi ilə izlədim. Bu, çoxdan gözlənilən bir qələbə idi. Millimiz bu qələbəni çoxdan qazanmaıı idi və nəhayət ki, qazandı. Komanda olaraq çox yaxşı oynadıq. Həm fiziki, həm də texniki-taktiki baxımdan rəqibi üstələdik. İnanıram ki, bu qələbənin davamı bundan sonra da gələcək.
- Baş məşqçisi olduğunuz “Neftçi”nin üzvü Ruslan Abışov necə təsir bağışladı?
- Ruslanın oyunu çox xoşuma gəldi. Özünü ən yaxşı tərəfdən göstərə bildi. Ondan başqa, Maksim Medvedyevin də oyununu çox bəyəndim. Rəşad Sadiqov da fəal idi. Ümumilikdə, kimlərisə fərqləndirmək istəmirəm. Futbol kollektiv oyundur. Əgər qələbə qazanılıbsa, deməli, bu, bütün komandanın əməyidir. Uşaqlar meydanda canlarını qoydular. Güclü yağışa və meydançanın ağır olmasına baxmayaraq, son ana qədər əzmlə mübarizə apardılar.
- Millimiz tarixində ilk dəfə rəsmi oyunlarda səfərdən üç xal gətirdi. Maraqlıdır ki, bu qələbəni il boyu jurnalistlər tərəfindən tənqid olunan Berti Foqtsun rəhbərliyi altında qazandıq. Sizcə, bu, yerli məşqçilər tərəfindən qısqanclıqla qarşılanmayacaq ki?
- Şəxsən mən, həmişə belə məsələlərə peşəkar kimi yanaşmışam. Yəni, uğuru yerli, yaxud əcnəbinin qazanması o qədər də önəmli deyil. Artıq bir müddətdir Foqtsla bir yerdə çalışıram və görürəm ki, o, həqiqətən də öz işinin peşəkarıdır. O, gənc futbolçulardan qurulmuş tamamilə yeni bir komanda formalaşdırıb və əminəm ki, bu millinin böyük potensialı var.
- Rusiya ilə oyundan nə gözləyirsiniz? Yəqin xəbəriniz var ki, ruslar bura turist kimi gələcəklərini açıqlayıblar.
- Yox, heç kim bura turist kimi gəlməyəcək. Çünki hər kəsin imici var və o imici düşünüb meydana çıxır. Üstəlik, qrupda son oyundur və hər kəs bunu qələbə ilə başa vurmaq istəyir. Odur ki, rusların bu qarşılaşmaya çox ciddi yanaşdığını düşünürəm.
- Sizcə, millimiz qələbə qazana bilər?
- Niyə də olmasın? Özünüz də bilirsiniz ki, millimiz qrupda yalnız Almaniya ilə səfər oyununda qapısından ikidən artıq top buraxıb. Onda da Samir Abbasovun qırmızı vərəqə alması buna səbəb olmuşdu. Bu bir daha onu göstərir ki, biz qrupdakı rəqiblərimizdən o qədər zəif deyilik. İnşallah, inanıram ki, Rusiyanı məğlub edə biləcəyik.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı