Veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Qol.Az-a verdiyi müsahibədə milli komandamızın Lixtenşteyn və Rusiyayla oyunları, futbolumuzun hazırkı durumu və millimizin baş məşqçisi Berti Foqts barədə danışıb
- Sabah milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lixtenşteynlə qarşılaşacaq. Necə düşünürsünüz, bu oyunda cari seçmə mərhələdə ilk qələbimizi qazana biləcəyik?
- Lixtenşteynlə müqayisədə biz böyük xalqıq. Onlar futbolla peşəkar səviyyədə məşğul olmurlar. Şəxsən mən hesab edirəm ki, biz məşq etmədən belə, gözüyumulu şəkildə Lixtenşteyni məğlub etməliyik. Lakin indiki halda bu oyun ətrafında çox böyük ajiotaj yaradıblar ki, bu da düzgün deyil. Təbii ki, hər bir azərbaycanlı kimi mən də istəyirəm ki, millimiz qələbə qazansın.
- Lixtenşteynlə matçdan dörd gün sonra millimiz Bakıda Rusiyanı qəbul edəcək. Bu matçda ruslardan xal almağımız nə dərəcədə realdır?
- Futbol sürprizlərlə zəngindir və burada hər bir nəticə qeydə alına bilər. Lakin realist olmaq lazımdır. Reallığa qalanda görürük ki, hazırda biz FİFA reytinqində 140-cı, ruslar isə səhv etmirəmsə, altıncı yerdədirlər. Təkcə bu fakt çox şeydən xəbər verir. Son illərdə Rusiya futbolu çox inkişaf edib. Bu səbəbdən ruslara qalib gəlməyimiz xoş sürpriz olardı.
- Ümumiyyətlə, bəziləri hesab edir ki, hazırda millimiz tarixi ərzində ən pis günlərini yaşayır. Bu fikirlərlə nə dərəcədə razısınız?
- Mən də bu fikirlə razıyam. Həqiqətən də Azərbaycan millisi bu gün tarixinin ən pis gününü yaşayır. Əvvəlki seçmə mərhələlərdə heç olmasa bir qələbə qazanırdıq. İsveçrə, Slovakiya, Serbiya, Finlandiya kimi ölkələri məğlub etmişik. Amma cari seçmə mərhələdə qələbə üzünə həsrətik. Heç evdə Lixtenşteyni də uda bilmədik. Bayaqkı fikrimə qayıdıram. Lixtenşteynlə səfər oyunu öncəsi bu qədər böyük ajiotaj yaratmaq kimə və ya nəyə lazımdır? Lap Lixtenşteyni udduq, bununla futbolumuz inkişaf edəcək? Uzaqbaşı reytinqdə 140-cı yox, 138-ci yerdə olacağıq. Vəssəlam.
- Millimizin baş məşqçisi Berti Foqtsun işi sizi qane edir?
- Təbii ki, yox. Milli bu gün zəif nəticə göstərirsə, onun işindən necə razı qalmaq olar? O öz işinin öhdəsindən gələ bilmir. AFFA millinin uğurlu çıxışı üçün hər cür şərait yaradıb. Amma nəticə yoxdur.
- Foqtsun müqaviləsi bu ilin sonunda bitir. Onun millidəki gələcək fəaliyyəti barədə isə sizin də üzv olduğunuz İcraiyyə Komitəsi qərar çıxaracaq. Maraqlıdır, İsgəndər Cavadov Foqtsun millidə qalmasının, yoxsa getməsinin tərəfdarıdır?
- Millinin başında hansı məşqçinin durmasının elə bir önəmi yoxdur. Əsas odur ki, komanda nəticə qazansın. İndiki halda isə Foqts işinin öhdəsindən gələ bilmir. Onu Azərbaycan futbolunda sözün yaxşı mənasında inqilab etməyə dəvət ediblər. O isə öz işiylə məşğul olmaq əvəzinə başqa, ona aid olmayan məsələlərə qarışır. Bütün dünyada isə yazılmamış qanun var - baş məşqçi işinin öhdəsindən gələ bilmirsə, öz xoşuyla çıxıb gedir.
- Foqts dünən verdiyi açıqlamada bildirib ki, bizim üçün Lixtenşteynlə yox, ruslarla oyun daha vacibdir. Almaniyalı açıq-aşkar biruzə verib ki, həmyerlilərini qrup qalibi olmasını daha çox istəyir. Bu məsələyə də münasibətinizi bilmək maraqlı olardı.
- Foqts bu sözləri deməklə bir daha düzgün yolda olmadığını göstərdi. Bu o deməkdir ki, Foqts hələ də rusların ikinci dünya müharibəsində almanlar üzərindəki qələbəsini unuda bilməyib. Foqts siyasətlə futbolu qarışdırır. Görünür, ruslara müharibədəki məğlubiyyət onun yaddaşına həkk olunub. Axı o, almandır. Lakin bir daha deyirəm ki, bu, düzgün deyil. Foqtsun əsas məqsədi odur ki, qrupda birinci yeri ruslar yox, almanlar tutsunlar. Moskvada məğlub olacaqları halda, almanların taleyi Bakıda həll olunacaq. Ona görə də Foqts həmyerlilərinə kömək etməyə çalışır.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı