60 yaşlı Mustafa Dənizli evlənir

60 yaşlı Mustafa Dənizli evlənir
DÜNYA FUTBOLU 8 Oktyabr 2009 / 14:39 2341
-  A +

“Beşiktaş” klubunun baş məşqçisi Mustafa Dənizli ikinci dəfə evlənməyə hazırlaşır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi 35 yaşlı Evin Elçi ilə nikah masasına oturacaq. Hacettepe Universitetinin Sosiologiya fakültəsinin məzunu olan Elçi ABŞ-ın Kolumbiya Universitetində magistr təhsili alıb. Dənizlinin gələcək həyat yoldaşı kürd dilini sərbəst bilir. Qeyd edək ki, 60 yaşlı Mustafa Dənizlinin ilk evliliyindən Lal adında bir qızı var.

Son xəbərlər