Dünən “Neftçi”yə qalib gələrək çempionatın şərikli liderinə çevrilən “Simurq”un prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib
- Zaur müəllim, “Simurq”un yüksəlişi davam edir. Son turda “Neftçi”ni də məğlub etdiniz. Səfər qələbəsi sizin üçün bir qədər gözlənilməz olmadı ki?
- Açığını desəm, yox. Bir də ki, nəyə görə gözlənilməz olmalıdır? “Simurq” artıq heç kimin yuxarıdan aşağı baxacağı bir komanda deyil. Deməzdim ki, biz dünən “Neftçi”dən bir baş üstün idik. “Neftçi” sıradan bir komanda deyil, çox səviyyəli, güclü futbolçulardan təşkil olunmuş heyətləri var. Onların da qol vurmaq üçün şansları oldu. Lakin müdafiə xəttimiz çox diqqətli oynadı. Bununla belə, qələbəyə layiq olduğumuzu düşünürəm və deyərdim ki, nəticə oyuna görə oldu.
- İlk turdakı uğursuzluqlardan sonra komanda əməlli-başlı özünə gəlib. Maraqlıdır, hansı tədbirlərə əl atdınız ki, qısa zamanda bu cür yüksəlişə nail oldunuz?
- Səmərəli iş apardıq, buraxılan səhvlərdən nəticə çıxartdıq. Bilirsiniz, indi hədə-qorxu ilə heç nəyə nail olmaq mümkün deyil. Hər şeyin öz yolu var. Məsələn, indi söyləyəcəyimi heç yerdə deməmişəm və ilk dəfə sizin sayta deyirəm. “Qəbələ”yə ilk turdakı məğlubiyyətdən sonra bütün futbolçuları çox böyük məbləğdə cərimələdik. Çünki qoy futbolçular bilsinlər ki, heç kim bura vaxt keçirməyə gəlməyib və elə düşünməsin ki, 1 il başını girləyib, pulunu alıb çıxıb gedəcək öz ölkəsinə. Hətta o ərəfədə şəxsən özüm işimi atıb Zaqatalaya getdim və 1 həftə həm orada qaldım, həm də futbolçulara şəxsən nəzarət etdim. Düşündüm ki, bəlkə mənim onların yanında olmağım da məsuliyyətlərini artırar. Zaman göstərdi ki, düzgün tədbirlər görmüşük.
- Böyük ümidlərlə transfer etdiyiniz bolqar hücumçu Petrov geridə VI tur qalmasına baxmayaraq, hələ də qol hesabını aça bilməyib. Buna münasibətiniz necədir?
- Petrova keçməmişdən öncə eyni fikirlərin Şeryakov haqqında da səsləndirilməsinin tərəfdarıyam. Məsələn, o da yeni transferdir və hələ də özünü tam doğrulda bilmir. “Qarabağ”la oyunda 1 metrdən topu boş qapı əvəzinə dirəyə vurdu. Yaxşı ki, qayıdan topu qola çevirə bildik. Bilirsiniz o, çox mədəni, sakit və tərbiyəli oğlandır. Sadəcə gərək, Azərbaycan futbolunun xarakterini, sərtliyini götürsün və buradakı şəraitə uyğunlaşsın. İndi gələk Petrov məsələsinə. Sizə deyim ki, onun qabında nəsə var. Yəni, yaxşı futbolçudur. Sadəcə, görünür, əvvəl nizam-intizamı tamam başqa cür olan bir komandada oynadığından bizim nizam-intizam şərtlərinə uyğunlaşa bilmir. Biz də çalışırıq ki, ilk növbədə onu bu vəziyyətdən çıxardaq. Mən deyərdim ki, artıq o, bu durumdan çıxıb və inanıram ki, növbəti oyunlarda qolları sıralayacaq. Özü də bu tip futbolçularda bəzən hər şey ilk qola qədər olur. Elə ki, ayağı açıldı, arxası da gəlir.
- Bəs, Axtyamov məsələsi nə yerdə qaldı?
- Bu məsələ hələ ki, açıq qalıb. Əlbəttə, klub prezidenti kimi bu futbolçu haqqında qərar çıxarda bilərəm. Amma bir tərəfdən də götürəndə, mən onu harada yoxlamışam ki, haqqında da qərar verim? Elə bir imkan olmayıb axı hələ. Hamı deyir ki, bizə fayda verməyəcək. Nə bilim, bəlkə şans versək, hər şey əksinə olar. Məsələn, “Neftçi” ilə dünənki oyunun gedişində bizə elə bir futbolçu lazım idi ki, oyuna girib meydanın “Neftçi”yə aid hissəsində daha çox top saxlamağı bacarsın. Bu zaman ehtiyat oyunçular skamyasına baxanda Axtyamov da ağlımdan keçdi. Bələ də o, girib həmin funksiyanı yerinə yetirə bilərdi. Lakin bu zaman biz, Danieli oyuna qoşmaqla riskə getmiş olacaqdıq. Amma aydın məsələdir ki, “Neftçi” ilə oyunda bu riskə getmək tamamilə yanlış olardı. Bu arada Axtyamovla bağlı bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Oxuyuram, mətbuatda yazılır ki, guya biz onu kimlərinsə sifarişilə komandamıza gətirmişik. Tam səmimi deyirəm ki, belə bir şey yoxdur və ola da bilməz. Onun komandamıza gəlmə prosesini qısaca deyim. “Qəbələ”yə uduzandan sonra gördük ki, bizə təcili qol vurmağı bacaran hücumçu lazımdır. Həqiqətən də həmin an bizdə son nöqtəni qoyan oyunçu yox idi. Bu zaman əlimizin altında yeganə real variant kimi Axtyamov vardı. Çünki həm bizdən çox pul istəmirdi, həm də milliləşdirilmiş futbolçu olduğundan ona görə PFL-ə rüsum ödəməli olmadıq. Bu səbəbdən də onun sıralarımıza qatdıq.
- Son nəticələrdən sonra yəqin ki, Pokora postunu yenidən möhkəmlətdi…
- Bu normaldır. Nəticədən asılı olaraq, məşqçiyə də münasibət dəyişir. Düzdür, ilk turlar uğursuzluqlar oldu. Amma biz elə komanda deyilik ki, bir məğlubiyyətə görə dərhal baş məşqçini istefaya göndərək. Bu, ən azı Pokoraya qarşı haqsızlıq olardı. Çünki, o, komanda elitaya vəsiqə qazanan gündən “Simurq”un başındadır. Kluba bürünc medalları və avrokuboklara vəsiqə qazandırıb. Odur ki, ona şans verməli idik. Təbii uğursuzluqlar davam etsəydi nəsə tədbir görəcəkdik və bunu Pokora özü də bilirdi.
- Amma etiraf edək ki, bir insan kimi Pokoranın xarakteri haqqında müsbət fikirlər söyləmək olmaz. Ukraynalı xüsusilə çox vaxt jurnalistlərə qarşı ya kobudluq edir, ya da hörmətsizlik. Hətta sual xoşuna gəlməyəndə onlara kobud söz deyib, telefonu üzlərinə qapadır.
- Nə deyim vallah, insandır da. Beş barmağın beşi də bir olmur. Amma deyim ki, Pokoranın elə olmasına baxmayın. Onun xarakteri elədir ki, bir də görürsən hirslənir, ya əhvalının yaxşı vaxtına düşmür kiminsə xətrinə dəyir. Lakin beş dəqiqə keçən kimi özü səhvini başa düşür və gedib həmin adamı tapır, onun könlünü alır və üzr istəyir. Şəxsən mən insandakı bu xarakteri müsbət qiymətləndirirəm. Hirsli ola-ola yalandan mehriban olmaqdansa, olduğun kimi görünmək daha yaxşıdır.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı