“Bakı” klubunun prezidenti Hafiz Məmmədov dünən “Olimpik-Şüvəlan”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Hafiz müəllim, oyun xoşunuza gəldimi?
- Qələbə qazanmağımıza baxmayaraq, qarşılaşma sönük keçdi. Komandamın oyununa gəlincə, bəyənmədim. Ancaq çox şadam ki, qalib gəldik. Bu, çox vacib idi. Buraya komandamın qələbə qazanmasına şahid olmağa və futbolçuları Müqəddəs Ramazan Bayramı münasibətiylə təbrik etməyə gəlmişdim. Həmçinin xalqımızı təbrik edirəm, onlara uzun ömür, can sağlığı və əmin-amanlıq arzulayıram.
- Ötən mövsüm rəqibinizə uduzmuşdunuz. “Fair Play” qaydalarının pozulmasına görə böyük narazılıq baş vermişdi. Bu qələbəni revanş kimi dəyərləndirmək olarmı?
- Xeyr. Artıq hər şey arxada qalıb. Baş verənlər unudulub, bunları yada salmaq lazım deyil. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm.
- Baş məşqçiniz Haciyevskinin istefa məsələsi gündəmdədir. Bu haqda nə fikirdəsiniz?
- Hələ ki, Haciyevski baş məşqçidir, vəzifəsində qalır. Biz həmişə iddialı olmuşuq. Yenə də məqsədimiz həm çempion olmaq, həm də kuboku başımız üzərinə qaldırmaqdır. Əvvəlki qarşılaşmada futbolçularımız psixoloji təzyiq səbəbi ilə məğlub olsalar da, bu oyunda qələbə qazanmağımız komandada özünəinamı artırdı. İlk dövrənin sonuna qədər klubumuzda heç bir dəyişiklik gözlənilmir. Ancaq qış fasiləsində komandamızda yeniliklərin olması labüddür. Bildirim ki, heyətdə ciddi dəyişikliklər olacaq. Komandanın gücləndirilməsi mütləqdir. Qış transfer dönəmində kluba daha səviyyəli futbolçular cəlb olunacaq.
- Növbəti görüşlərdən nə gözləyirsiniz?
- Növbəti oyun “Standard”la olacaq. Qəti arxayınlaşmaq olmaz. Əminəm ki, bu oyunda da futbolçularımız öz sözlərini deyəcəklər. Ötən mövsümlə müqayisədə bu dəfə daha yaxşı oynamaqla çempion olduğumuzun təsadüf olmadığını sübut etməliyik.
- “Bakı” uşaq futbolu ilə bağlı hansı addımlar atır?
- Bununla əlaqədar böyük planlarımız var və ciddi işlər aparılır. Bilirsiniz ki, bazamız tikilir, həmçinin Türkiyədən mütəxəssislər cəlb olunub. Əsas məqsədimiz ölkə futbolu üçün çalışmaqdır. İnanıram ki, böyük planlarımızı reallaşdırmaqla futbolumuza töhfə verəcəyik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı