Azərbaycan Premyer Liqasının 6-c turunda "Qarabağ" öz meydanında "Simurq"a 1:0 hesabı ilə qalib gəldi. Ağdam təmsilçisinin yeganə qolunun müəllifi Vüqar Nadirov Qol.Az saytına müsahibəsində "Simurq"la oyun və növbəti turda "Neftçi" ilə keçiriləcək qarşılaşma haqda danışıb.
- Son altı qarşılaşmada "Simurq"a qalib gələ bilmirdiniz. Bu dəfə oyun necə keçdi?
- "Simurq" yaxşı komandadır. Ötən mövsüm bu rəqiblə dörd qarşılaşmanın heç birində qalib gələ bilmədik. Hətta bir dəfə məğlub olduq. Şükürlər olsun ki, bu sindromu qırdıq. "Simurq" fiziki cəhətdən güclüdür. Amma onları yaxşı təhlil etdiyimiz üçün bizə çətin olmadı.
- Avroliqa oyunları ilə bağlı komandanızda yorğunluq hiss olunur?
- Çoxları düşünürdü ki, Avroliqaya görə çempionat oyunlarına önəm verməyəcəyik. Ancaq biz çempionatdakı oyunlarımıza da var gücümüzü qoyuruq. Çünki bu mövsüm də hədəfimiz böyükdür. Geniş heyətimiz var. Gördüyünü kimi, çempionatda fərqli heyətlə mübarizə aparırıq. Buna görə də heç bir yorğunluq yoxdur.
- "Sent Etyen", eləcə də digər Avroliqa oyunlarınızda stadion azarkeşlərlə tam doldu. Çempionat oyunlarına isə cəmi 200-300 azarkeş gəlir. Bu hal sizə necə təsir edir?
- Başa düşürük ki, azarkeşlər çox olsa, yaxşı olar. Ancaq heç kimi qınamaq olmur. Hamı öz işi ilə məşğuldur. Hərə bir iş dalınca gedir. Belə şeyləri nəzərə alanda azarkeşləri başa düşürük. Bilirik ki, onların ürəyi bizimlədir. Avroliqa oyunlarında isə imkan tapıb, gəlirlər.
- Görürük ki, 90 dəqiqə meydanda olduğun oyunların çoxunda qol vurursan. Demək olarmı Vüqar Nadirov son vaxtlar az oynadığı üçün az qol vurur?
- Bəlkə də belə də demək olar. Meydanda olduğum müddətdə çalışıram ki, komandama xeyirim dəysin. Həmişə qol vurmağa can atıram. Ancaq əsas olan komandamızın qələbəsidir. Qolu kimin vurmağı az əhəmiyyət daşıyır.
- Növbəti turda rəqibiniz "Neftçi"dir. Bu oyuna da maraq böyükdür.
- İndidən deyə bilərik ki, "Neftçi" ilə görüşümüz çox maraqlı olacaq. Həmişə bu iki komanda arasında baxımlı qarşılaşma olub. "Neftçi"yə qarşı oyunda azarkeşlərimiz də çox olur.
- Avroliqanın qrup mərhələsində sizi İtaliya "İnter"lə çətin səfər oyunu gözləyir. Bu görüş haqda düşünməyə başlamısınız?
- Əlbəttə ki, "İnter"lə bizi necə oyun gözlədiyini bilirik. Ancaq indidən bu haqda çox da düşünmürük. Hazırda əsas planımız, məqsədimiz "Neftçi"yə qalib gəlməkdir. Çünki qələbə qazansaq, "İnter"lə oyuna da yaxşı motivasiya olarıq.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi