"Qarabağ" bizi çempionluqdan məhrum etdi"

"Qarabağ" bizi çempionluqdan məhrum etdi"
MÜSAHİBƏ 22 Sentyabr 2014 / 14:43 9089
-  A +

Bakının "İnter" klubunun kapitanı Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
 
- Artıq Premyer Liqamızda altı tur geridə qaldı. Komandanın kapitanı kimi bu oyunlardakı çıxışınızı necə qitmətləndirirsən?

- Hələ ki, işlərimiz yaxşı gedir. Cəmi bir dəfə məğlub olmusuq. Dörd qələbə, bir heç-heçəmiz var. "Xəzər Lənkəran"a məğlub olduğumuz oyunda da yaxşı çıxış etmisdik. Sadəcə meydançanın ot örtüyü bərbad vəziyyətdə olduğundan həmin görüşdən xalsız ayrıldıq. Nəticələrimiz ürəkaçandır. Ancaq bu, hələ heç nə demək deyil. Qarşıda bizi çox oyunlar gözləyir. Yaxşı davam edirik. Sükanı belə saxlamalıyıq.

- Yəni çempionata istədiyiniz kimi start verdiniz?
 
- Demək olar ki, istədiyimizi 90 faiz həyata keçirmişik.

- Ötən mövsümdən fərqli olaraq bu dəfə çempionata qələbələrlə başladınız. Bu fərq hansı amillərlə bağlıdır?
 
- Bəli, ötən mövsümdəki startımız bizə dərs oldu. İstəmədik ki, bir daha həmin aqibətlə üzləşək. Baş məşqçimiz bizimlə ciddi söhbət etdi, bildirdi ki, həmin səhvləri təkrarlamayaq. Yadınızdadırsa, ötən mövsümün əvvəllərində əksər oyunlarda öndə olduğumuz halda sonrada qollar buraxıb, uduzurduq. Bu dəfə isə daha inamlı mübarizə aparırıq. Əsas sonluqdur. Təki sonda istədiymiz hədəfimizə çataq.

- Bu mövsüm rəqibləriniz də inamsız çıxış edir.

- Deməzdim ki, çempionatımızda zəif komanda var. Həmin "Bakı" idi ki, "Qarabağ"la heç-heçə oynadı. Biz isə onları 7:0 hesabı ilə məğlub etdik.

- Belə hesabla qalib gələcəyinizi yəqin özünüz də gözləmirdiniz.
 
- Bəli, gözləmirdik. Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, görüş başlayan kimi qol vuraq. Bunu da bacardıq. Düzdür, "Bakı" hazırda yaxşı günlərini yaşamır, heyəti gənc futbolçularda təşkil olunub. Ancaq bu məğlubiyyətdən üzülməsinlər, həvəsdən düşməsinlər. Futbolda belə nəticələr olur.

- "Bakı" üzərində 7:0 hesablı qələbə AZAL-la oyun öncəsi komandanızda eyforiya yarada bilər?

- Bu, qətiyyən mümkün deyil. Çünki bizdə qeyri-peşəkar futbolçu yoxdur. İnanıram ki, hər bir oyunçumuz AZAL-a qarşılaşmaya daha məsuliyyətlə yanaşacaq. Əksinə daha həvəsli olacağıq. Yenə də böyükhesablı qələbəyə can atacağıq.
 
- Görünür, "İnter" ötən illərlə müqayisədə bu il çox iddialıdır.

- Biz həmişə iddialı olmuşuq. Hələ ötən mövsüm ardıcıl məğlub olanda deyirdim ki, çempionluğa oynayırıq. "Qarabağ"la oyunlarda xallar itirməsəydik, çempion olardıq. Yəni bizi çempionluqdan "Qarabağ" məhrum etdi. Hazırkı heyətimizin əksər üzvü ötən mövsüm də bizimlə idi. İndi komandada hamı bir-birini yaxşı başa düşür. Məncə, bu mövsüm komandamız daha güclüdür. Əvvəlki illərdə də heyətimiz pis deyildi. Ancaq indi daha istəkliyik. Ola bilər ki, artıq çempionluğumzdan uzun müdət keçdiyi üçün bizdə istək çoxalıb. Görürük ki, bu il çempion olmağı bacararıq.
 
Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu