"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Çempionatda yaranan fasilədən necə istifadə etdiniz?
- Biz demək olar ki, fasilə etmədik. Müntəzəm olaraq məşq edirdik. Qarşıdan gələn oyunun məsuliyyətini dərk etdiyimiz üçün bütün futbolçular gününün çox hissəsini klubun bazasında, keçirib. Baş məşqçimiz də yeni olduğundan bir yerdə çox məşq etməliyik.
- Arif Əsədovun rəhbərliyi altında məşqləriniz necə keçir?
- Hər şey qaydasındadır. Biz futbolçular əsgər kimiyik. Bizim üçün baş məşqçi vəzifəsini kimin icra etməsinin fərqi yoxdur. Yeni baş məşqçi gələndə hər halda futbolçular daha istəkli olur, özlərini məşqçiyə göstərməyə çalışırlar.
- Məşqlərdə "Neftçi"nin oyun sistemində dəyişiklik olacağını hiss edirsiniz?
- Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Yəqin ki, müəyyən dəyişikliklər olacaq. Hər halda məşqlərimiz pis keçmir. Ola bilər ki, hazırda yenilik olmasın. Ancaq bir müddət sonra Arif müəllimin də oyun üslubu hiss olunacaq.
- Premyer Liqamızın növbəti turunda sabah "Xəzər Lənkəran"la qarşılaşacaqsınızr. Əvvəllər olduğu kimi prinsipial bir matçın şahidi ola biləcəyik?
- Əvvəllər "Xəzər Lənkəran"la matçlarımıza "böyük oyun" demək olardı. Ancaq indi belə deyil. Artıq əvvəlki azarkeşlər yoxdur. "Xəzər Lənkəran"la oyunlarımızı alçaltmaq istəmirəm. Ancaq bizim üçün adi bir çempionat oyunu olacaq. Öz meydanımızda oynadığımız üçün qələbəni təmin etməliyik. Bizi ancaq üç xal qane edir.
- Prinsipiallığın azalmasını həm də rəqibinizin zəifləməsi ilə əlaqələndirmək olar?
- Bəli, son dövrlər "Xəzər Lənkəran" əvvəlki gücünü qaytara bilmir. Ancaq hazırda onlar yaxşı heyət qurublar. Məncə, "Xəzər Lənkəran" ilin sonunda mükafatçılar sırasında olacaq. Çünki heyətlərində Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov, Rahid Əmirquliyev və başqa səviyyəli futbolçular var. Hazırda "Xəzər Lənkəran"a zəif demək olmaz.
- Rəqibiniz cəzalı durumda olduğundan səfərdə azarkeşlərsiz oynayacaq. Bu, üstünlüyünüz sayıla bilər?
- Bəzi komandalar azarkeşsiz zəif çıxış edir. Bəziləri üçün isə bunun fərqi olmur. Biz futbolçular üçün azarkeş qarşısında oynamaq daha xoşdur.
- Kapitanı olduğun U-21 millimizin son toplanışına dəvət almadın. Bunu sənin özünün istədiyin deyilir. Millidən getməyinin əsas səbəbi nə oldu?
- Norveçlə oyunda baş məşqçi mənə şans vermədi. Mənim o yaşım deyil ki, şansımı gözləyim. Həmin görüşdən sonra qrupda iki oyunumuz qalırdı. Ona görə də məşqçilər korpusu ilə söhbətimdə bildirdim ki, mən meydana çıxmayacamsa, gənclərə şans vermək daha yaxşı olar. Fikrimi necə qarşıladıqlarını bilmirəm. Ancaq istədim ki, gənclərə şans verilsin. Bundan əlavə son vaxtlar xoşagəlməz söhbətlər yayılırdı. Meydana çıxmadığım oyunda belə, məğlubiyyətdə məni günahlandırırdılar. Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi. Guya futbolçuların zəif çıxış etməsini mən istəmişəm. Bu söz-söhbətlərdən bezdiyim üçün belə addım atdım. Millimiz heç kimin atasının komandası deyil. Azərbaycan millisində oynayırsansa, əlindən gələni etməlisən. Əgər məşqçim mənə şübhə ilə yanaşırsa, oynamadığım oyunda da uğursuzluğu mənim üzərimə atırsa, milli komandada qala bilməzdim.
- Yəqin ki, indi əsas millimizin baş məşqçisi Berti Foqtsdan dəvət gözləyirsən.
- Bu, çempionatdakı çıxışımdan asılıdır. Yəqin mənə də əsas millimizdə oynamaq qismət olar. Bunun üçün çox çalışıram. "Neftçi"də öz işimin öhdəsindən maksimum gəlməliyəm ki, məşqçilərin etimadını doğruldum.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi