"Qrupdan çıxmaq istəyiriksə..." - Rəşad Sadıqov

"Qrupdan çıxmaq istəyiriksə..." - Rəşad Sadıqov
MÜSAHİBƏ 10 Sentyabr 2014 / 10:50 9749
-  A +

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində öz meydanında Bolqarıstana 1:2 hesabı ilə uduzan milli komandamızın kapitanı Rəşad Sadıqov oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi məğlubiyyəti belə şərh edib:

"Çox məyusuq. Nəticə bizim üçün gözlənilməz oldu. Oyunu yaxşı başlamışdıq. Lakin ilk qoldan sonra oyunda nəzarəti itirdik. İkinci hissəyə  də yaxşı başladıq və qol vurduq. Yenidən bizdə özünəinam hissi yarandı, hücumların sayını artırdıq. Lakin rəqib təzyiqləri artırdı və öz səhvimizdən qol buraxdıq. Məğlubiyyət üçün çox səbəb gətirmək olar, ancaq bunların heç biri nəticəni dəyişmir. Təəssüf ki, rəqib istədiyi nəticəni əldə edə bildi. Üçüncü yer uğrunda Bolqarıstan yığması ilə mübarizə aparmaq istəyirik.  Bu məğlubiyyətlə biz onların irəli keçməsinə imkan verdik".

R.Sadıqov millimizin qrupdan çıxmaq şansının azaldığını bildirib: "Düşünürdük ki, ən azından ev oyunlarında maksimum nəticə qazanaq. Ancaq bu kimi oyunlarda məğlub olmağımız işimiz çətinləşdirir. Qrupdan çıxmaq istəyiriksə, səfər oyunlarında da xal qazanmalıyıq".

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu