Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində yığmamızın Rusiya ilə qarşılaşdığı yoldaşlıq oyunundan, sentyabrın 9-da “Avro-2016”ın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçiriləcək görüşdən danışıb, “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvanın milliləşdirilməsi məsələsinə münasibət bildirib.
- Yığmamız Rusiya ilə oyunda acı məğlubiyyətlə (0:4) üzləşdi. Bu məğlubiyyət nə dərəcədə gözlənilən idi?
- Millimiz Rusiya ilə potensialına uyğun oynamadı. Futbolçularımız meydanda əzmkarlıq göstərmədi. Acınacaqlı olan da budur. Düzdür, yoxlama oyunu idi. Ancaq seçmə mərhələ oyunu öncəsi eksperiment aparmaq yanlış idi. Foqts taktiki gedişlərini sınaqdan keçirsəydi, daha yaxşı olardı. Ancaq biz sırf heyətlə bağlı dəyişikliyin şahidi olduq. Bolqarıstana qarşı oynamaq istədiyimiz taktikanı yoxlamaq lazım idi ki, görək alınır, yoxsa alınmır. Məncə, Foqts burada yanlışlığa yol verdi.
- Foqts bir neçə oyundur ki, öz “tapıntıları”nı sınaqdan keçirir.
- Yox, Bolqarıstanla oyuna bir neçə gün qalmış belə şeylər etmək artıqdır. Özbəkistanla oyunda heç kim Foqtsun yeni futbolçulara şans verməsinə bir söz deyə bilməz. Ancaq Rusiya ilə oyunda bunu etmək yersiz idi.
- Sizcə, Rusiyaya 0:4 hesablı ilə məğlub olmağımız sentyabrın 9-da Bolqarsıtanla keçiriləcək oyuna ümidləri azaldır?
- Xeyr. Bir müsbət hal var ki, belə pis oyundan sonra həmişə yaxşı oyun gəlir. Bu məğlubiyyət komandamızda ruh düşkünlüyü yaratmayacaq. Əksinə futbolçular toparlanacaq. Çünki Rusiya ilə oyunda hamımız xeyli səhvin şahidi olduq. Qısa zamanda bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Şübhəsiz ki, Bolqarıstana qarşı fərqli motivasiya olacaq.
- Bəzi mütəxəssislər millimizin qrupda üçüncü yeri tutmaq üçün Norveç və Bolqarıstanla mübarizə aparacağını bildirib. Siz necə düşünürsünüz?
- Gəlin, pafoslu fikirlərlə özümü aldatmayaq. Hər dəfə millimizə göstərdiyi sonuncu oyununa görə proqnoz veririk. Rusiya ilə oyunumuzu gördünüz. Bu oyunla 3-cü və ya 4-cü yerdən danışmaq düzgün deyil.
- Bolqarıstana qalib gəlsək necə?
- Milli komandamız qrupda sonuncu olmamaq üçün mübarizə aparmalıdır. Daha sonra yaxşı oyun göstərə bilsək, dördüncü yer üçün oynaya bilərik. Hazırda konkret faktlara söykənən proqnoz versək, ilk növbədə qrupda sonuncu olmamaq üçün çalışacağımızı deməliyik. Ancaq hamımız istəyirik ki, millimiz 3-cü yer uğrunda mübarizə aparmaq gücündə olsun. Bunun üçün potensial var. Nə dərəcədə həyata keçirəcəyimizi isə zaman göstərəcək.
- “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silvanın milliləşdirilməsi gündəmdədir. Bu məsələyə münsibətiniz necədir, Reynaldo komandamıza xeyir verə bilər?
- İndi futbolçunu milliləşdirmək əvvəlki kimi asan deyil. Bunun üçün bir neçə şərt var. Futbolçunun anası və ya atası Azərbaycanda doğulmalıdır. Bu, Reynaldoda yoxdur. Bundan əlavə futbolçu ən azı beş il Azərbaycanda yaşamalıdır ki, bu da Reynaldoda yoxdur. Əsas şərtlərdən ikisini qeyd etdim. Bilmirəm, Reynaldo digər şərtlərə uyğun gəlir, ya yox. Əgər mümkün olarsa, əlbəttə ki, Reynaldo millimizə xeyir verə bilər. Ancaq bununla komandamızın yarası sağalmır. Reynaldo ilə Avropa çempionatının final mərhələsinə çıxacağımızı düşünənlər də yanılır.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda