Avropa Liqasının pley-off mərhələsinin “Tvente” ilə cavab matçında “Qarabağ”ın bərabərlik qolunu vuraraq komandasını qrup mərhələsinə yüksəldən makedoniyalı yarımmüdafiəçi Muarem Muarem Qol.Az saytının suallarını cavablandırıb.
- “Qarabağ” “Tvente” ilə cavab matçının nəticəsinə görə (1:1) tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təəssüratlarını bilmək istərdik.
- Səfərə böyük inamla getmişdik. Oyundan əvvəl komanda yoldaşlarımızla söhbətimiz oldu. Söhbətimiz ondan ibarət idi ki, Hollandiyaya nə üçün gəldiyimizi fikirləşək, uzun müddətdir ki, qrup mərhələsi üçün mübarizə aparırıq və “Tvente”ni keçmək bizim üçün problem olmamalıdır. Ancaq rəqibi də kiçiltmirdik. Yəni bu düşüncələrlə oyuna çıxmışdıq. Qapımızdan qol buraxdıqdan sonra da rahat idik. Yəni biz də qol vuracağımıza inanırdıq. Xeyli qol epizodlarımız oldu. Nəhayət, bizə lazım olan qolu vura bildik. Bu mərhələyə qədər işimiz asan olmayıb. Bundan sonrakı oyunlar isə daha çətin olacaq. Qrupa düşmək önəmlidir. Qrupdan çıxmaq isə daha önəmlidir. Bizim üçün növbəti rəqibin kim olmasının fəqi yoxdur. Artıq göstərmişik ki, bütün komandalara qarşı oynaya bilirik.
- Oyunda bərabərlik qolunu vurdun. Bu qol “Qarabağ”ı qrup mərhələsinə yüksəltdi. Bununla da komandanın tarixinə düşdün.
- Düzünü deyim ki, matçdan əvvəl hiss edirdim ki, qol vuracağam. Buna inamım çox idi. Komanda yoldaşlarımla söbətimdə də bu barədə demişdim. Şükürlər olsun ki, belə də oldu. Çox xoşbəxtəm. Qolu digər komanda yoldaşım vursaydı belə, yenə də bu qədər sevinərdim. Uğurumuzda bütün futbolçularımızın əməyi var. Komandama təşəkkür edirəm.
- Qolu kimə həsr edirsən?
- Qol vurduqda onu kiməsə həsr etmək haqda düşünmürəm. Təbii ki, bu qol digərlərindən fərlənir və “Qarabağ” üçün çox əhəmiyyətlidir. Həmin qolu heç vaxt unutmayacağam. Çünki bu qol sayəsində komandam ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksəldi. Vurduğum qolu bütün azarkeşlərimizə və qarabağlılara hər edirəm.
- İki oyunun nəticəsinə görə, “Qarabağ”ın “Tvente”dən güclü olduğunu demək olar?
- Əslində ilk oyunda bizə çox çətin oldu. Cavab qarşılaşmasında isə “Tvente”dən fərqli oyun gözləyirdim. Düşünürdüm ki, daha çox hücumlara qoşulacaqlar, pressinq edəcəklər. Ancaq rəqib başqa cür oynadı. Top bizdə olanda müdafiəyə daha çox diqqət edirdilər. “Zalsburq” kimi bizə pressinq etmirdilər. Onsuz da biz öz oyunumuz sərgiləyəndə sıxıntı yaşamırıq. Dünən də istədiyimiz kimi çıxış etdik. Sevinirəm ki, baş məşqçimizin verdiyi tapşırıqların öhdəsindən gələ bildik. Uzun illərdir ki, baş məşqçimiz Qurban Qurbanov “Qarabağ”ı qrup mərhələsinə çıxarmaq istəyir. Nəhayət, bunu bacara bildik. Ən çox baş məşqçimizə görə sevinirəm. Həmişə çalışırıq ki, qələbə qazanaraq bizə ata kimi olan Qurban Qurbanovun başını uca edək. Bura qədər hamımız əziyyət çəkmişik. Ancaq baş məşqçimizin komandaya və bizə qarşı düşüncələri çox fərqlidir. O, həqiqətən bizə ata kimi nəsihət verir. Əslində qrupa düşməyimizi şişirtmək lazım deyil. Çünki bu, bizim borcumuz idi. Uzun müddətdir ki, bunun üçün çalışırdıq. Bizim işimiz budur.
- Bu gün qrup mərhələsindəki rəqibləriniz də bilinəcək.
- Avroliqanın qrup mərhələsindəyiksə, deməli, biz də yaxşı komandayıq. Ona görə də rəqibin kimliyi bizə fərq etməz. Məncə, istənilən komandaya qarşı yaxşı nəticə qazanacağıq.
- Yenidən “Zalsburq”a rəqib olmaq istərdiniz?
- Məncə, bu, bizim üçün yaxşı olmaz. Ancaq bu dəfə onlarla daha rahat oynaya bilərik.
- “Partizan”la bir qrupa düşüb, “Neftçi”nin qisasını almaq istərdiniz?
- Çox istərdik ki, bu il Azərbaycanı iki komanda Avropa Liqasının qrup mərhələsində təmsil etsin. “Neftçi” yaxşı çıxış edirdi. Sadəcə səfər matçında bəxti gətirmədi. Təbii ki, “Partizan”la bir qrupa düşsək, hər iki oyunda qalib gəlməyə çalışacağıq.
- “Qarabağ”ın məqsədi, arzusu qrup mərhələsinə düşmək idi. Artıq bunu bacardınız. Bundan sonrakı hədəflər nədir?
- Qeyd etdiyim kimi, bundan sonrakı oyunlar daha çətin olacaq. Ancaq qrup mərhələsində mübarizə aparırıqsa, biz də digər güclü komandalardan çəkinməməliyik. Potensial rtəqiblərimizin hər biri ilə başabaş mübarizə apara bilərik. Axı biz Qarabağı, Azərbaycanı təmsil edirik.
- Düşünürsən ki, rəqibin kimliyindən asılı olmayaraq “Qarabağ”ın qrupdan çıxmaq şansı çoxdur?
- Əlbəttə, niyə də olmasın? Biz bunun üçün mübarizə aparırıq. Artıq hədəfimiz qrupdan çıxmaqdır.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək