Azərbaycanın tanınmış futbol mütəxəssisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- “Qarabağ” və “Neftçi” Avroliqanın pley-off mərhələsində ilk oyunlarını keçirdi. Komandalarımızın çıxışı və növbəti mərhələyə çıxmaq şansları haqda fikirlərinizi bilmək istərdik.
- Hər iki klubumuz qrup mərhələsinə düşmək üçün yaxşı şans əldə edib. “Neftçi” məğlub olsa da, səfərdə “Partizan”a iki qol vurub. “Qarabağ” nə dəqər çalışsa da, “Tvente”yə qol vura bilmədi. Ancaq məzmunlu, baxımlı oyun sərgiləməklə hansı potensialı olduğunu ortaya qoydu və göstərdi ki, “Tvente” ilə səfərdə də oynamaq olar. İstər-istəməz “Tvente” öz meydanında hücuma atılacaq. “Qarabağ” isə bundan səmərəli istifadə edəcək. Nəzərə alsaq ki, “Tvente” yerli çempionatda da qələbə qazana bilməyib, gözləmək olar ki, ən yaxşı halda “Qarabağ”la qollu heç-heçə edə bilər. Bu isə komandamızı qrup mərhələsinə daşıyacaq. İnanıram ki, hər iki komandamız qrup mərhələsinə yüksəlmək gücündədir. İki klubumuz bir ildə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yaza bilərik.
- “Tvente”nin 2009-cu illə müqayisədə xeyli zəif çıxış etdiyini demək olar?
- Deməzdim ki, “Tvente” zəif çıxış etdi. Sadəcə “Qarabağ” indi əvvəlki illərdən qat-qat üstün oynayır. Komandamız hazırda Avropada sözünü deyən bir heyətə malikdir. Sözün əsl mənasında Azərbaycanı layiqincə təmsil edən bir komandadır. “Tvente” zəif təsir bağışlayıbsa, burada “Qarabağ”ın əməyini vurğulamaq lazımdır.
- Milli komandamız yoxlama oyununda Özbəkistanla bacarmadı. Foqtsun ekspermental heyəti xeyli tənqid olundu. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, əsl yoldaşlıq görüşü oldu. Heç bir məzmunlu oyundan söhbət gedə bilməz. Futbolçularda motivasiya sıfıra bərabər idi. Komandamız çox yorğun görünürdü. Artıq Rusiya ilə keçirəcəyimiz yoldaşlıq oyununda həmin heyətlə çıxış etmək olmaz. Qarşıdakı matçda Avro-“2016”nın seçmə mərhələsində oynayacaq futbolçulara şans verilməldir. Artıq ekspermentlərə son qoymaq lazımdır. Foqts məqsədyönlü iş görməlidir. Əlindən gələni etməlidir ki, komandamız potensialını göstərsin. İnanıram ki, millimiz seçmə mərhələinin elə ilk oyunda iddialı olduğunu sübut edəcək. Ən azı qrupda üçüncü yeri tutmaq üçün mübarizə apara bilərik.
- Necə düşünürsünüz, hazırda millimizə heç bir xeyir verə bilməyən legionerlərdənsə “Qarabağ”ın hücumçusu Reynaldo Silvanı milliyə dəvət etmək düzgün olmaz?
- Məncə, dünyadan gedən proseslərdən kənarda qalmamalıyıq. Biz də artıq milliləşdirmə siyasəti aparırıq. Ancaq sizinlə tam razıyam ki, milliləşdirilmiş digər legionerlərdənsə Reynaldo daha yaxşıdır. Çünki o, komandamıza uzun müddət xeyir verə bilər. Bu gün milliyə dəvət alan gənc legionerlərin xeyrini bir neçə ildən sonra görə bilərik. Ona görə də bu siyasətin tərəfdarı deyiləm. Yaxşı olardı ki, Reynaldo kimi hazırda bizə xeyir verə biləcək futbolçunu yığmaya dəvət edək. Kütləvi milliləşdirmənin də tərəfdarı deyiləm.
- Sizcə, Premyer Liqamızda çıxış edən legionerlərdən hansıları milliləşdirmək düzgün olardı?
- Bu gün millimizə dəvət oluna biləcək legionerlər “Qarabağ”ın üzvləri Reynaldo Silva və Riçard Almeydadır. Yəni onlar tam peşəkar futbolçulardır və yığmamıza böyük fayda verə bilərlər.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi