Bakının "İnter" klubunun müdafəçisi Matiya Şpiçiçin Qol.Az saytına müsahibəsi
- Əvvəlki illərlə müqayisədə "İnter" bu dəfə yeni mövsümə uğurlu start verdi...
- Bəli, əvvəlki illərlə müqayisədə bu dəfə startımız uğurlu alındı. Təbii ki, hər bir komanda üçün yaxşı başlanğıc böyük önəm kəsb edir.
- "Qəbələ"ni 4:0 hesabı ilə məğlub etdikdən sonra son çempion "Qarabağ"la 0:0 bərabərə qaldınız. Bu nəticəni ədalətli hesab etmək olarmı?
- Bəli, məncə ədalətli nəticə oldu. Mövsümün startında iki güclü rəqiblə qarşılaşdıq. Bu çətin oyunlarda məğlub olmadıq və 4 xal qazandıq. Bunun üçün xoşbəxtik.
- Bu görüşdə oynamamağının səbəbi nə idi?
- Bilmirəm. Bu, baş məşqçinin qərarı idi. Ehtiyat skamyada şansımı gözləyirdim. Lakin baş məşqçi məni meydana buraxmağı lazım bilmədi.
- Əsas heyət uğrunda rəqabətə nə dərəcədə hazırsan?
- Rəqabətə hər zaman hazıram. Bundan heç vaxt çəkinməmişəm. İnanıram ki, qarşıdakı görüşlərdə meydana çıxacam.
- Premyer Liqanın növbəti turunda lider "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyərdin?
- "Sumqayıt"la oyuna ciddi hazırlaşırıq. Təbii ki, bütün oyunlarda olduğu kimi bu görüşə də qələbə üçün çıxacağıq. Doğma azarkeşlərimiz önündə oynayacağıq və uğurlu seriyanı davam etdirəcəyimizə inanıram.
- Komandanın bu mövsümkü hədəfi nədir?
- Azərbaycan Premyer Liqasının bütün oyunlarında qələbə qazanmaqla birinci olmaq istəyirik. Ötən mövsüm çempionatı ikinci pillədə başa vurduq. Bu mövsüm ən azı eyni uğuru təkrarlamalıyıq. Ancaq bir qədər bəxtimiz gətirsə, çempion da ola bilərik.
- Çempionluq yolunda əsas rəqib kimi hansı komandaları görürsən?
- Ən ciddi rəqibimiz "Qarabağ"dır. Ağdam təmsilçisi yaxşı heyətə malik böyük komandadır. Ancaq "Neftçi"ni də unutmaq olmaz. Onlar da hər zaman yüksək yerlər uğrunda mübarizə aparırlar. "Qəbələ" və "Xəzər Lənkəran"ın da bu mövsüm medallar uğrunda mübarizə aparacağını düşünürəm.
Vüsal HÜSEYN
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi