Milli komandamızın və "Qəbələ" klubunun müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Artıq Premyer Liqamızın iki turu arxada qaldı. İlk turda "İnter"lə görüşdə acı məğlubiyyətlə (0:4) üzləşsəniz də, son oyunda "Araz Naxçıvan"ı məğlub edə bildiniz. "Qəbələ" iki fərqli oyun nümayiş etdirdi. Bu görüşlər haqda fikirlərini bilmək istərdik.
- "İnter"lə matç haqda danışmaq istəmirəm. Çünki həmin məğlubiyyəti unutmuşuq. Dünənki qarşılaşmaya gəldikdə isə rəqibimiz Premyer Liqanın debütantı olsa da, yaxşı oyun sərgilədi. "Araz Naxçıvan" pis komanda deyil. Biz isə ancaq qələbəyə köklənmişdik. İlk turlarda əsas olan nəticə qazanmaqdır. Şükürlər olsun ki, bunu bacardıq. Yeni futbolçulardan qurulmuş komandamız var. Baş məşqçi də yenidir. Bizə zaman lazımdır. Müəyyən müddətdən sonra hər şey daha yaxşı olacaq.
- İlk turdakı böyükhesablı məğlubiyyətin səbəbləri kimi qeyd etdiyin amilləri göstərmək olar?
- Bəli, "Qəbələ"də hər şey yenidir. Oyun sistemində də dəyişiklik olub. Futbolçuların bir-birini və məşqçinin nə istədiyini başa düşmək üçün vaxt lazımdır.
- "Qəbələ"nin heyətində bir neçə oyun keçirmisən. Tədricən əvvəlki formanı yığa bilirsən?
- Komandama əlimdən gələn maksimum köməyi etməyə çalışıram. Hiss edirəm ki, oyundan-oyuna formamı bərpa edirəm. Əvvəlki formamı yığmaq üçün daha çox oynamalıyam.
- Gələcək karyeran haqda nə düşünürsən, "Qəbələ" ilə icarə müddəti başa çatdıqdan sonra "Rubin"ə qayıtmaq fikrin var?
- Bütün bunları zaman göstərəcək. Vəziyyətdən asılı olaraq qərar verəcəyik.
- Milli komandamız Özbəkistan və Rusiya ilə yoxlama oyunu keçirəcək. Bu görüşlər haqda nə deyə bilərsən?
- Seçmə mərhələ oyunu öncəsi hansı komanda ilə qarşılaşmağımızın fərqi yoxdur. Bizim üçün bu oyunların xeyri çox olacaq. "Qarabağ" və "Neftçi"nin heyətindən futbolçular çağırılmadığı üçün milliyə yeni futbolçular dəvət olunub. Yəqin baş məşqçi onlara şans verəcək. Hər iki görüşdə qələbə qazanmağa çalışacağıq. Çünki seçmə mərhələnin oyunlarından öncə qələbə bizə vacibdir.
- Berti Foqts yığmaya 11 milliləşdirilmiş legioner dəvət edib. Buna münasibətin necədir?
- Bu, baş məşqçinin seçimidir. Onun verdiyi qərar haqda heç nə demək istəmirəm.
- Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Bizim üçün tanış olmayan bu rəqib haqda nə söyləmək olar?
- Bu, seçmə mərhələnin ilk oyunu olacaq. Öz meydanımızda, azarkeşlərimiz önündə mübarizə aparacağıq. Açılış oyununda qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, ötən seçmə mərhələdə buraxdığımız səhvləri təkrarlamayaq. Bolqarıstanın oyununa o qədər də bələd deyilik. Ancaq indi Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq, seçmə mərhələyə qələbə ilə başlamalıyıq.
- "Qarabağ" və "Neftçi"nin Avroliqanın qrup mərhələsinə düşmək şansını necə qiymətləndirirsən?
- Hər iki klubumuzun Avroliqanın qrupunda oynamağını çox arzulayıram. İndiki halda komandalarımızın şanlarını yüksək qiymətləndirirəm. Məncə, hər iki komandamız qrup mərhələsinə vəsiqə qazana bilər. İnanıram ki, həm "Qarabağ", həm də "Neftçi" uğurlu nəticə ilə xalqımızı sevindirəcək.
- Hansı komandamızın işi daha çətin görünür?
- "Qarabağ"ın rəqibi nisbətən güclüdür. "Tvente" Hollandiya klubudur. Hollandiya futbolu isə hamıya məlumdur. Ancaq "Qarabağ" öz sözünü dedi. Komandamızın yaxşı futbolçuları və baş məşqçisi var. Güclü rəqib olmasına baxmayaraq, mən "Qarabağ"ı qrup mərhələsinə adlamaqda daha şanslı sayıram.
Ramiq AĞAMƏMMƏDOV
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futboolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…
"Qarabağ" "Tvente"yə belə qalib gəldi - Video
"Malmö" Salifu Sumanı icarəyə göndərdi
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Rusiyanın ən bahalı ikinci futbolçusu
Konfrans Liqası: Pley-offun ilk oyunlarına yekun vuruldu
“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Avropa Liqası: Gecənin nəticələri
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu - Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət