Uzun müddətdir mətbuatla ünsiyyətdən qaçan AFFA-nın keçmiş prezidenti Fuad Musayev Qol.Az saytına eksklüziv müsahibə verib. F.Musayev milli komandamızın son oyunları, klublarımızın avrokuboklardakı çıxışı, eləcə də Azərbaycan futbolunun hazırkı durumu barədə fikirlər söyləyib.
- Fuad müəllim, yəqin ki, millinin son oyunlarını izlədiniz?
- Bəli.
- O zaman ilk olaraq komandamızın matçlarına münasibətinizi bilmək maraqlıdır.
- Həm Finlandiya, həm də Almaniya ilə oyunlara baxdım. Nə deyə bilərəm? Futbolçularda heç bir günah yoxdur. Onlar neyləsinlər? Meydanda nəyi bacarırlar, ortaya qoyurlar. Bu dəfə də belə oldu. Milli komandamızın uğursuzluğunda əsas günah federasiya rəhbərliyindədir. Onlar düzgün siyasət aparmırlar. Bundan əvvəlki federasiya rəhbərliyinin də fəaliyyətinin də şahidi oldunuz. Gördünüz də, Ramiz Mirzəyev millini nə günə saldı. AFFA rəhbərliyi dəyişən kimi Azərbaycan futbolunda xüsusi çəkisi olan futbolçulara - Mahmud Qurbanova, Emin Quliyevə, Zaur Tağızadəyə “qoca” damğası vurub, komandadan qovdular. Məgər, bu futbolçular qocadırlar? İndi də millidə həmin siyasət gedir. Kimdir Ernani Pereyra? Axı, o kimdir ki, milli komandaya çağırırlar? Nə oynayır, nə xeyir verir komandaya? Mahmud, Emin, Zaur «qoca»dır, onlarla az qala eyni yaşda olan Pereyra cavan? Bax, budur problem, bunlardan yazmaq lazımdır.
- Mətbuat həmişə yazıb ki, Azərbaycan millisində legioner oynamamalıdır.
- Məgər, günahkar Foqtsdur? Hamınız düşmüsünüz onun üstünə. Foqts neyləsin? Bir ölkənin ki, futbol klubun heyətində meydana çıxan futbolçuların 11-i də legionerdirsə, buna Foqst neyləsin? Federasiya bu gün legionerlərə limit qoymayıb. Klublar legionerləri yığıb gətirirlər. Yerli uşaqlar oynamırlar klublarda. Belə olan halda milli heç vaxt inkişaf etməyəcək. Əcnəbilərə mütləq limit tətbiq olunmalıdır.
- Təklifiniz nədir?
- İndiki vəziyyətdə əsas heyətdə beş legioner olmalıdır. Bu da ona görə ki, hazırda legionerlərin klublarla müqavilələri var. Bunu da nəzərə almaq lazımdır. Gələn ildən bu say daha da azaldılmalıdır.
- Dediniz ki, Foqtsda günah görmürsünüz. Deməli, onun milli komandada qalıb fəaliyyətini davam etdirməsinin tərəfdarısınız?
- Foqtsun da günahı var. Amma o məsələnin başqa tərəfidir. Əsas günah AFFA-da və klublardadır. Mən düşünürəm ki, alman mütəxəssislə müqavilənin müddəti uzadılmalı və Foqts millidəki fəaliyyətini davam etdirməlidir. Gündə bir məşqçi dəyişməklə biz heç nə qazanmayacağıq. Amma federasiya onun qabağında şərt qoymalıdır. Şərt qoymalıdır ki, vaxtının çoxunu Almaniyada yox, Azərbaycanda keçirsin. Get milli komandanın oyunlarına bax, futbolçu seç. Ən əsası federasiya legionerlərə limit tətbiq etməlidir. Azərbaycan millisində yalnız azərbaycanlı futbolçular oynamalıdır. O vaxtı məndən sonra Mirzəyev AFFA prezidendi seçildi, gedib Braziliyadan Karlos Alberto Torresi milliyə gətirdilər. Dərhal da beynini doldurdular ki, filankəsləri milliyə çağırma. Eyni proses Şahin Diniyevin də vaxtında davam etdi. Ona da tapşırıq verildi ki, filan futbolçulara millidə yer yoxdur. Eyni şey indi də yaşanır. Hələ siz mənə deyin görüm, o əcnəbilər hansı əsasla Azərbaycan millisinin formasını geyinirlər?
- Səhv etmirəmsə, hamısının ikili vətəndaşlıqları var.
- Ay sağ ol. İndi de görüm, Azərbaycan Konstitusiyasında bizdə ikili vətəndaşlığa icazə verilir?
- Xeyr.
- Qurtardı getdi. Deməli, bunlar həm də qanunsuz iş görürlər. Mən bununla bağlı FİFA-ya da şikayət etmişəm. Bu futbolçuların millidə oynamasının özü böyük qanunsuzluqdur. Bu isə onu göstərir ki, federasiyanın indiki rəhbərliyi Azərbaycan millisini istəmir. Mənim vaxtımda U-15, U-17 Azərbaycan çempionatında oynayırdı. Sonra həmin komandaların əsasında “Şəfa”nı yaratdıq. Emin Quliyev, Zaur Tağızadə, Ruslan Musayev, Aftandil Hacıyev, Emin İmaməliyev, Cahangir Həsənzadə kimi futbolçular necə yetişdi?
- Az öncə qeyd etdiniz ki, futbolumuzun bu vəziyyətdə olmasında federasiya ilə bərabər klubların da günahı var. Klubların günahını konkret nədə görürsünüz?
- Ən böyük günah elə klublardadır da. Bu gün “Neftçi”nin cəmi bir futbolçusu millidə oynayır. Bu, bilirsiniz artıq nə deməkdir?.. “Neftçi” həmişə milli komandanın bazası rolunu oynayıb. Getdilər alman bir məşqçi gətirdilər (Hans-Yurgen Gede nəzərdə tutulur - red.). Gələn kimi komandanın əsas futbolçularını “Neftçi”dən qovdular. Biri gürcü idi, heç onun adını çəkmirəm. Amma digərləri istedadlı futbolçular idi. Həm Rəşad Sadıqov, həm Rəşad Sadiqov, həm də Elnur Allahverdiyev. O cür uşaqları komandadan qovarlar? Həmin futbolçuları mən Fuad Musayev yetişdirmişdim. Hamısı da futbolumuz üçün lazımlıdır. Bəzi klub rəhbərləri açıqlama verir ki, Foqtsu qovmaq lazımdır. Adama deyərlər ki, sənə kim ixtiyar verib ki, bu cür açıqlama verirsən? Klub rəhbərləri gedib öz işləri ilə məşğul olsunlar...
Yaxşı ki, Qurban Qurbanov və “Qarabağ” var. Qurban mənim rəhbərliyim dövründə millidə oynayıb və necə işləmək lazım olduğunu gözəl bilir. O vaxt “Neftçi”dən qovulan futbolçuları da “Qarabağ”a dəvət etməkdə çox düzgün addım atdı. Bunu açıq şəkildə deyirəm, əgər bu gün Qurban Qurbanov və “Qarabağ” olmasa, Azərbaycan milli komandası bundan da pis vəziyyətə düşərdi. Respublika prezidenti zəng edib onu və komandasını avrokuboklardakı uğurlu çıxışı münasibəti ilə təbrik edir. Məgər, federasiya rəhbərliyi bunun nə demək olduğunu başa düşmür? Bu, artıq onu göstərir ki, ölkə başçısı da yerli futbolçuları dəstəkləyir. Limit mütləq olmalıdır. Bu gün UEFA artıq bu məsələn qaldırıb və klubların qabağında şərt qoyub. Niyə? Çünki Abramoviç kimiləri milyonlar xərcləyib klubları alır, sonra həmin klubları başdan ayağa legioner futbolçularla doldurub pul qazanırlar. Əvəzində həmin klubların təmsil etdiyi ölkənin milli komandası böyük zərbə alır. Nəyə görə, “Real”,”Çelsi”, “Milan”, “İnter” kimi klublar Avropada uğur qazana bilir, amma həmin ölkələrin milliləri son illər uğursuzluğa düçar olurlar? Bax belə şeylərin üstündə. Fransa 1998-ci ildə dünya çempionu oldu. Çünki futbolçuları İngiltərə, İtaliya kimi ölkələrdə oynayırdılar. Əvəzində İtaliya, İngiltərə milliləri heç bir uğur qazanmadılar. Bütün bunları nəzərə alan UEFA limit tətbiq etməyi şərt kimi irəli sürür.
- O zaman gərək bizdə də ilk növbədə AFFA limit tətbiq etməlidir. Məsələn, 5, yaxud 5+2 sistemi olsa, klublarda məcburən buna əməl edəcəklər.
- Bu məsələdə qətiyyət lazımdır. Qərarı qəbul etməklə bərabər klubların da qabağında şərt qoymalıdırlar. Bilirsiniz, federasiya klubların ayağının altında olmamalıdır. O vaxtı yadınızdadır da klublar mənə qarşı hansı kampaniya aparırdılar? Öz futbolçularına deyirdilər ki, milli komandaya getməyin. Eyni zamanda çempionatda oynamaqdan da imtina etmişdlər və oyunçularına deyirdilər ki, oynamasanız da, eybi yox, sizin maaşlarınızı verəcəyik. Həmin vaxt “Neftçi”nin futbolçuları gəlmişdilər yanıma. Soruşdular ki, Fuad müəllim, biz neyləyək? O vaxt köməklik göstərdim, getdilər Ukraynada oynadılar. Elə ki, 2004-də Mirzəyev AFFA prezidentliyinə gəldi, hamısını millidən uzaqlaşdırdı. Samir Əliyev, Kamal Quliyev, Zaur Tağızadəni qovdular. Nəyə görə? Axı, həmin futbolçular Portuqaliya, Serbiya, Slovakiya kimi komandalara qan uddurmuşdular. Limit təcili tətbiq olunmalıdır. Əks halda milli komanda olmayacaq. Mən hələ səkkiz il əvvəl - 2001-ci ildə Ramal Hüseynovu, Rəşad Sadıqovu İsveçlə oyunda meydana buraxanda onlar hələ uşaq idi. İndi niyə bu hal baş vermir. Hər şür şəraitləri var. Bizim vaxtımızda AFFA-nın illik büdcəsi cəmi 300 min dollar idi. Amma indi 20 milyon dollardı. Biz çarter reysi nə olan şey idi, bilmirdik. Portuqaliyaya səkkiz saata gedib çıxmışdıq. Orda düş, bu təyyarəyə min, burda düş, o təyyarəyə min. Gedib ən ucuz otel axtarırdıq, çünki pulumuz yox idi. Futbolçulara bir gün üçün 20 dolları güclə verirdik. Amma indi oyunlara çarter reysilə gedirlər, ən lüks, 5 ulduzlu otellərdə qalırlar. Udmaq bir yana, hətta uduzanda da futbolçuya beş min manat mükafat verirlər. Bəs, nəticə niyə yoxdur? Yenə deyirəm, bunlardan yazmaq lazımdır. Bizim də səhvlərimiz olub, demirək biz ideal işləyirdik. Amma bizim bu cür şəraitimiz olmayıb axı. O vaxt mən 500 min dollara “Şəfa” kimi stadionu tikdim, əlavə də 4 ehtiyat meydançası və bazası ilə birlikdə. İndi həmin “Şəfa”nı dağıdırlar. Bir milyon yarım pul xərcləyib qazonu dəyişdilər, elədilər süni meydança. Bu kimə lazımdır? Biz həmin stadionda Serbiya, Finlandiya kimi komandaları qəbul etmişdik. İndi niyə beynəlxalq oyun keçirə bilmirlər? Çünki UEFA süni örtüklü meydanda oyun keçirməyə icazə vermir. Amma bunu düşünən kimdir? O stadionu istismar edib pul qazanırlar. Diqqət yetirin, mən rəhbər olduğum dövrdə, 1993-cü ildə milli komandanı formalaşdırdıq 1996-ci ildə İsveçrəni udduq. 1996-2003-cü illər kəsiyində millinin qazandığı xalları toplayın, sonra 2003-2009-cu illər aralığında yığılan xallara baxın. Hələ unutmayın ki, o vaxt qrupda indiki kimi 6 yox, 5 komanda mübarizə aparırdı. U-21 bizim vaxtımızda 9 xal yığmışdı.İndi amma 1 xal yığa bilmir.
Bir daha təkrar edirəm, vəziyyətdən çıxmaq üçün əcnəbi futbolçulara limit qoyulmalı, yerli futbolçular daha çox oynamalı və Berti Foqts vəzifəsinqdə qalmalıdır. Çoxu deyir ki, Foqtsu qovaq. Hə, Foqtsu qovduq, bəs yerinə kimi gətirək? Gündə bir məşqçi dəyişərlər? Özü də mən sizə açıq deyim, bizim millini dağıtmaq istəyənlərin sırasında keçmiş futbol veteranları öndə gedir. Adama sual verərlər ki, ay İsgəndər Cavadov, Foqtsun nə günahı var?. Özün də AFFA İcraiyyə Komitəsinin üzvüsən. Ən əsası milli komandada nizim-intizam yaradılmalıdır. Kamran Ağayevi mən gətirib futbolçu elədim. İndi onun özünü aparmağına, davranışına baxın. Samir Abbasov Almaniya ilə oyunda rəqibi öz cərimə meydançasında yıxır, qapımıza penalti təyin edirlər, sonra hakimin üstünə cumur. Hanı bu millidəki nizam-intizam?
Bəli, milli komandada çox şey dəyişməlidir. Bunun üçün də havadan danışmaq yox, konkret iş görmək lazımdır.
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi