Bakının "İnter" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Uzun müddətdir ki, zədədən əziyyət çəkirsən. Hazırda durumun necədəir?
- Artıq üç gündür ki, komanda ilə birgə məşqlərə qoşulmuşam. Özümü oyuna hazır hiss edirəm. Ancaq təbii ki, komanda yoldaşlarımdan xeyli geri qalıram.
- Növbəti oyunda meydana çıxa bilərsən?
- Əslində formaya düşmək üçün oynamalıyam. Ancaq bir aydır ki, məşq edə bilmirdim. Bu, az müddət deyil. Digər futbolçularımız isə çox yaxşı formadadır. Ona görə də baş məşqçi mənə şans verməsə, bunu normal qarşılayacam.
- Komandanız mövsümə darmadağınla başladı. Başlanğıc yaxşı oldu. Premyer Liqada növbəti oyununuz isə daha iddialı olan "Qarabağ"ladır.
- Həqiqətən buna super başlanğıc demək olar. İlk turda dörd cavabsız qolla qalib gəlmək komandada əhval ruhiyəni əla vəziyətə gətirib. Növbəti rəqibimiz isə son ölkə çempionudur. "İnter" kimi "Qarabağ" da vahid oyun sisteminə malik, tam komplektləşmiş komandadır. Bu rəqiblə oynamaq nə qədər çətin olsa da, qələbəmizin ardını gətirməliyik. Baş məşqçi də bunu tələb edir.
- Yəqin "İnter"in artıq dördüncü ildir ki, "Qarabağ"a qalib gələ bilmədiyini bilirsən.
- Bəli, məşqlərdə baş məşqçimiz də bunu vurğulayıb ki, neçə ildir "Qarabağ"a qalib gələ bilmirik. Ancaq niyə də bu sindromu qırmayaq? Çalışacağıq ki, ən azından "Qarabağ"dan bir xal alaq.
- 2009-cu ildə "Qarabağ"ın heyətində Avroliqanın "pley-off" mərhələsində "Tvente" ilə oyunlarda iştirak etmisəm. "Qarabağ" bir neçə gündən sonra yenidən Avroliqanın "pley-off" mərhələsində "Tvente" ilə qarşılaşacaq. Hollandiya klubu ilə keçirilən oyunları necə xatırlayırsan?
- Həmin oyunlar həmişə yaddaşımda qalacaq. Səfər matçında ilk dəqiqələrdən çox yaxşı təsir bağışlayırdıq. Hətta hesabı da biz açmışdıq. Daha sonra Vüqar Nadirov dubl edə bilərdi. Əgər o qol vurulsaydı, tam başqa hesab olacaqdı. Təsəvvür edin ki, ilk hissədə hesabda irəli idik, "Tvente" azarkeşlərinin səsi çıxmırdı. Ancaq ikinci hissə başlayan kimi rəqib qol vurdu. Daha sonra isə iki dəfə fərqləndilər və 1:3 hesabı ilə uduzduq. Yəni biz o dövrdə də "Tvente"ni keçə bilərdik.
- Bu dəfə "Qarabağ"ın şansını necə qiymətləndirirsən?
- Mən "Qarabağ"a inanıram. İnanıram ki, bu tempdə davam etsələr, "Tvente" səddini keçəcəklər. 2009-cu ildə də "Qarabağ" güclü idi. Ancaq indi Qurban Qurbanovun komandası inkişafdadır. "Tvente" isə o dövrdə daha güclü idi. Ruiz və Stok kimi futbolçuları var idi. Qeyd etdiyim kimi, "Qarabağ"ın mərhələni keçəcəyinə çox inanıram. Komandamız "Zalsburq"la Bakıdakı oyunu göstərə bilsə, "Tvente"nin şansı olmayacaq.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi