Sabiq FİFA referisi Elçin Məmmədov Qol.Az saytına müsahibəsində Azərbaycan hakimliyinin hazırkı durumundan və bir sıra məsələlərdən danışıb.
- Hakimlikdən getdikdən sonra AFFA Hakimlər Komitəsi sizinlə maraqlanır?
- Mən hakimlikdən uzaqlaşdırılmamışam. İşlərim çox olduğu üçün oyunları idarə etməyə vaxtım yoxdur. Ancaq yenə də Hakimlər Komitəsinin içindəyəm. Orada gənc hakimlərə dərs keçirəm. Yəni heç kimdən inciməmişəm.
- Hakimliyin bugünkü səviyyəsi barədə nə deyə bilərsiniz?
- Bu gün az da olsa hakimlik yaxşılığa doğru gedir. Ancaq çətinliklər də var. Bu çətinliklərin subyektiv və obyektiv səbəbləri var. Tək qonorarı artırmaqla hakim yetişməz. Hakimə bilik vermək lazımdır. Fiziki hazırlığı yerində olmayan hakimə isə heç bir bilik kömək edə bilməz. Ancaq bu gün fiziki hazırlıq keçmək üçün böyük problemlər var. AFFA-da bu işlə məşğul olanlar düşünməlidir ki, hakimlər də qaçmalıdır, məşq etməlidir.
- Sizcə, son dövrlər hakimlikdə inkişafın nəzərə çarpmaması bununla bağlıdır?
- Təbii ki, bununla bağlıdır. Bu yaxınlarda bir verilişdə futbol xadimimiz Rüstəm Rəhimov bildirdi ki, bu gün Azərbaycan hakimliyi sıfır səviyyəsindədir. Ancaq hakimlik kimə tabedir? Əlbəttə ki, AFFA-ya. Uşaq futbolunun da səviyyəsi hakimlikdən geri qalmır. Hansı ki, uşaq futbolu üçün külli-miqdarda vəsait ayrılır. Əvvəllər 10 manat alan adam bu gün 1000 manat alır. Ancaq gəlin baxaq, inkişaf oldumu? Olmadı. Çünki strategiya düzgün qurulmayıb. Buna görə də heç bir inkişafdan söhbət gedə bilməz. Üstü bəzək, içi təzək olan bir işdə heç vaxt inkişaf ola bilməz. Hər bir layihənin başlanğıcı kimi sonu da olmalıdır. Ancaq bizim futbolumuzda olan layihənin sonu bilinmir. Bununla heç nə etmək olmaz. Qeyd etdiyim kimi, gəlirini artırmaqla hakimliyin səviyyəsini qaldırmaq olmaz. Mən bir kilometr qaça bilmirəmsə, siz mənə beş min manat verməklə bir neçə kilometri necə qaça bilərəm? Araşdıran yoxdur ki, niyə dövlət proqramları ilə inşa olunan stadionlar zəbt olunub? Hakimlərimiz 15 gün toplanışda olmaqla təhsil artıra bilməzlər. İlk növbədə fiziki hazırlıq yerində olmalıdır. Bunun üçün isə stadion olmalıdır ki, hakimlər orda məşq etsinlər. Çox təəssüf ki, son vaxtlar Bakıda 10 stadion söküldü.
- Bütün bunlar ümumi futbolumuzun problemidir. Ötən mövsüm də hakim idarəçiliyi haqda söz-söhbərlər oldu.
- Hakimlik həmişə müzakirə olunacaq. Çünki bizdə ədaləti qəbul etmək istəməyən insanlar çoxdur. Bu gün uduzan komanda hakimi pis, qalib gələni isə yaxşı adlandırır.
- İnkişafa doğru gedən hakimlərdən kimləri qeyd edə bilərsiniz?
- Ad çəkmək istəməzdim. Ancaq son bir neçə ildə daha yaxşı nəzərə çarpan Rauf Cabbarovdur.
- Rauf Cabbarov da idarəçiliyi birmənalı qarşılanmayan hakimlərdəndir.
- Bunlar təbiidir. Rauf mənim tələbəmdir. Onun son iki ildəki idarəçiliyinə diqqət yetirdikdə inkişaf etdiyi aşkar hiss olunur.
- Ancaq hələ də hakimlərimiz UEFA tərəfindən mühüm təyinat almırlar.
- Bunun da obyektiv və subyektiv səbəbləri var. Avropa ölkələrindən İtaliyaya nəzər salsaq, görərik ki, reytinqinə görə 20-ci yerdə gedən hakim ən pis halda "Napoli" kimi komandanın oyununu idarə edir. Buna görə də klub reytinqinə görə təxminən 50-60-cı yerləri tutur. Ancaq bizim bir nömrəli hakimimizin Premyer Liqamızda oyunlarını idarə etdiyi komandaların reytinqi aşağıdır. Buna görə də istər-istəməz UEFA avropalı hakimlərə daha çox təyinat verir Bundan əlavə burada AFFA-nın də səhlənkarlığı var. Ötən mövsümə qədər türk hakimlər də mühüm oyunlara çox az təyinat alırdı. Ancaq bu gün görürük ki, Cüneyt Çakır bir sıra mühüm təyinatlar alır. Çünki Türkiyə Futbol Federasiyası bununla bağlı UEFA-ya narazılığını bildirmişdi. AFFA-nın baş katibi də bu məsələyə fikir verməlidir, UEFA-ya öz sözünü deməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq jurnalistlərimizin çoxu bəzən haqsız tənqidlər edirlər. Azərbaycanda futbol sahəsində çox tənqidlər olur. Ancaq düzgün tənqid olunmalıdır.
- Tənqidlərdə o da yazılır ki, hakimlər arasında qruplaşma mövcuddur, Hakimlər Komitəsinin sədri Xaqani Maməmmədovun öz adamları var.
- Ola bilər ki, Xaqani Məmmədovun kimlərəsə simpatiyası var, onun öz adamları ola bilər. Ancaq qruplaşmadan söhbət gedə bilməz. Hansısa hakim qonorarı çox alan kimi müəyyən söhbətlər yarana bilər. Belə şeylər olur.
Ramiq AĞAMƏMMƏDOV
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi
“İmişli”yə texniki məğlubiyyət veriləcək
“Qarabağ”ın 4 oyunu İTV-də
"Turan Tovuz" - "Qəbələ": Heyətlər
Flik İspaniya millisinə gileyləndi
“Fənərbaxça” - “Trabzonspor” oyununun vaxtı dəyişdirildi
"İmişli" - "Sumqayıt": Heyətlər
Millimiz Monteneqro ilə qarşılaşacaq
"Mançester Siti"nin futbolçusu 7 oyunu buraxacaq
“Qarabağ”ın qapıçısı mükəmməl oynadı” - Ruan Renato
Nuri Şahin Superliqa klubunda
"Elə şeylər var ki, puldan üstündür" - Elvin Məmmədov
1-ci liqada 5 oyunun vaxtı açıqlandı
"Qarabağ"a qalib gəlməliyik" - "Benfika"nın baş məşqçisi
Antoni Marsial bu klubda
Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandılar
"Benfika"dan heç-heçə
"Bayer" "Ayntraxt"a qalib gəldi
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video
Millimiz böyük hesabla Gürcüstana uduzdu
"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov
"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov