"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.Az saytına müsahibəsində Premyer Liqamızın ilk turunda "Araz Naxçıvan"a məğlub olduqları qarşılaşmadan (0:3) danışıb, Avropa Liqasının "pely-off" mərhələsində "Partizan"la keçiriləcək oyunda komandasının mərhələ adlamaq şanslarını dəyələndirib.
- "Neftçi" yeni mövsümə böyükhesablı məğlubiyyətlə başladı. Meydana ikinci heyətlə çıxsanız da, komandanızın Premyer Liqamızın debütantına bu hesabla uduzmağını heç kim gözləmirdi.
- Düzdür, demək olar ki, ikinci heyətlə oynadıq. Ancaq bu, o demək deyildi ki, səfərə məğlub olmaq üçün getmişdik. Gənc futbolçulara şans verilmişdi. Ancaq komanda olaraq zəif oynadıq. Məğlubiyyətə nəyisə bəhanə gətirmək istəmirəm. Ancaq saat 6-da Naxçıvanda futbol oynamq çox çətindir. Çünki orada hava isti olur. Dünən isə ən isti günlərdən biri idi. Bunun da oyunumuza təsiri oldu. İlk görüşdəcə uduzmağımıza çox da təəssüflənmirik. Çünki bu, bizə yaxşı dərs oldu. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bundan sonra hər bir rəqibi daha da ciddi qəbul edəcəyik.
- "Araz Naxçıvan"ın yaxşı oynadı, yoxsa "Neftçi" çox zəif təsir bağışladı?
- Biz çox da zəif çıxış etmədik. Rəqib yaxşı oynadı. İlk dəqiqələrdən başabaş mübarizə gedirdi. Ancaq müəyyən amillərə görə rəqib bizi üstələdi. Doğma meydan amili, ilk dəfə Premyer Liqada çıxış etməyi "Araz Naxçıvan" üçün yaxşı stimul idi. Bundan əlavə rəqib təlim-məşq toplanışını Naxçıvanda keçirib. Yəni isti hava şəraiti onlara təsir etmədi. Bizim gənc futbolçular isə buna hazır deyildi. Bilməliyik ki, bizi bundan da çətin oyunlar gözləyir.
- Böyükhesablı məğlubiyyətə səbəb nə oldu?
- Deməzdim ki, kobud səhlərə yol verdik. Sadəcə rəqib əlinə düşən qol imkanlarından maksimum yararlandı. Məğlubiyyətə kimlərisə günahlandırmaq istəmirəm. Komanda şəklində yaxşı oynamadıq ki, bu da məğlubiyyətə səbəb oldu. Onu da dərk edirik ki, indidən itirilən xallar gələcəkdə bizə başağrısı ola bilər.
- "Qarabağ"la superkubok oyununuzun təxirə salınması bu gün bəlli oldu. Ola bilərmi məhz superkubok oyununa görə komandanız "Araz Naxçıvan"la ikinci heyətlə mübarizə apardı?
- Məncə, bu, superkubok oyununa görə deyildi. Ötən mövsüm də biz sıx qrafiklə oynayırdıq. Hiss olunurdu ki, futbolçularda yorğunluq var. "Araz Naxçıvan"la oyunda əsas heyət üzvlərindən yalnız mən meydana çıxmışdım. Mən də özümdə yorğunluğu hiss etdim. "Çixura" ilə görüşdən sonra komandamızda yorğunluq var idi. Yəqin ki, məşqçilər korpusu da futbolçulara istirahət verməyi düşünüb. Bu qərara pis baxmıram. Çünki Avroliqa oyunu öncəsi futbolçularımız zədələnə bilərdi.
- Həm də yəqin ki, "Araz Naxçıvan"a belə məğlubiyyəti gözləmirdiniz.
- Xeyr, gözləmirdik. Əslində bizim də bir neçə qol imkanımız oldu. Bir neçə zərbəmiz qapı dirəyindən qayıtdı. Rəqibin qapıçısı da yaxşı oynadı. Yəni rəqib bizi tam üstələmədi. Futbolda səhvlər nəticəsində qalib gəlirsən. Ani diqqətsizlikdən qapımızdan üç qol buraxdıq. Rəqibi də qələbəyə görə təbrik edirəm. Yəqin ki, digər komandalar da bundan sonra "Araz Naxçıvan"ı ciddi rəqib hesab edəcəklər.
- Avropa Liqasının "pley-off" mərhələsində Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaqsınız. Sizə tanış olan bu komanda haqda fikirlərini bilmək istərdik.
- Bəli, iki əvvəl bu komanda ilə Avroliqanın qrup mərhələsində oynamışıq. Bildiyimə görə, "Partizan"ın heyəti indi daha güclüdür. Serbiyanın adlı-sanlı, köklü komandasıdır. İlk oyuna qədər rəqibi ətraflı analiz edəcəyik. Deməzdim ki, "Partizan" bizdən güclüdür. Rəqibdən qətiyyən çəkinmirik. Çalışacağıq ki, səfərdə baş tutacaq ilk oyundan sərfəli nəticə ilə qayıdaq. "Partizan"ı keçə bilərik. Biz bu gücə malikik. Rəhbərlik və bütün komandamız yenidən Avroliqanın qrup mərhələsinə yüksəlməyi istəyir.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”