“Simurq”un prezidenti Zaur Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda “Simurq”u səfərdə “Bakı”yla çətin oyun gözləyir. Komandanın hazırlığı necə gedir?
- Hər şey normaldır. Oyuna ciddi hazırlaşırıq. Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Uşaqlar oyunun məsuliyyətini gözəl anlayırlar. Onlar da “Bakı”yla görüşdə uğurlu nəticə qazanmaq üçün səylə çalışırılar.
- “Bakı”yla oyunda komandanın qarşısına hansı vəzifə qoyulacaq?
- Ancaq qələbə. Bildiyiniz kimi, çempionata uğursuz başlamışıq. İlk iki oyunda qələbə qazana bilməmişik. Buna görə də “Bakı”yla oyunda yalnız qələbə haqda düşünürük.
- Növbəti uğursuzluq halında komandada hansısa dəyişikliklərin olması mümkündür?
- Gəlin, tələsməyək. Qoy, “Bakı”yla oyun başa çatsın, sonra bu haqda danışarıq. Hadisələri qabaqlamaq istəmirəm.
- Daniel Axtyamovun komandanıza transferi xeyli söz-söhbətə yol açdı. Hətta Axtyamovun “Simurq”a sifarişlə götürüldüyü də deyilir...
- Bu haqda mən də mətbuatda oxudum. Lakin həmin yazıda heç bir istinad mənbəyi göstərilməyib. Tam səmimi deyirəm, bu yalan xəbərdir. Çünki biz heç kimi sifarişlə komandaya götürmürük. Ümumiyyətlə, mənim üçün futbolda sifariş kəlməsi anlaşılmazdır. Axı, gərək futbolçunun qabında nəsə olsun. Bacarığı olmayan oyunçunu necə kiminsə və ya nəyinsə xətrinə heyətə cəlb etmək olar?
- Amma hər halda Axtyamov millidə olduğu kimi, “Simurq”da da zəif çıxış edir.
- Bu fikirlə tam razıyam. Axtyamov “Simurq”da hələ ki, heç nəylə yadda qalmayıb. Bildiyiniz kimi, bizim hücum xəttində bir qədər problemlərimiz var. Axtyamovu da məhz bu səbəbdən heyətə cəlb etmişdik. Mənim Daniellə söhbətim olub. Ona demişəm ki, daha yaxşı çıxış etməlidir. Əgər “Simurq”da da millidə çıxış etdiyi kimi oynasa, o zaman bizə elə hücumçu lazım deyil.
- Belə başa düşdüm ki, Axtyamovun millidəki çıxışından narazısınız?
- Əlbəttə. Məgər, Axtyamovun millidəki çıxışından kimsə razıdır?!
- Niyə? Razı olanlar da var. Məsəlçün Berti Foqts.
- O Foqtsun fikridir. Foqts razıdırsa, bu o demək deyil ki, hamı da razı olmalıdır. Hər kəsin futbola bir baxış tərzi var. Foqts Milli Məclis deyil ki, verdiyi qərar qanun olsun. Ona qalsa, millinin seçmə mərhələdəki çıxışı kimlərinsə ürəyincə ola bilər. Amma mən şəxsən 7 oyuna 1 xal yığan millidən razı deyiləm.
- Axtyamovun “Simurq”dan kənarlaşdırılması mümkündür?
- Bayaq dediyim fikrə qayıdıram, gəlin tələsməyək. “Bakı”yla oyunu da gözləyək, görək nə olur.
- “Bakı”yla oyunu Axtyamov üçün son şans hesab etmək olar?
- Hardasa, hə. İndi dəqiq deyə bilmərəm ki, baş məşqçimiz Axtyamovu “Bakı”yla oyunda meydana buraxacaq, ya yox, onu bilirəm ki, şans qazanacağı halda, etimadı doğrultmasa, onunla ciddi söhbətim olacaq. Bəlkə də komandadan kənarlaşdırılacaq.
- Belə demək olarmı ki, “Bakı”ya oyunda zəif çıxış edəcəyi halda Axtyamov komandadan kənarlaşdırılsın?
- Hə, bu da mümkündür.
- Finlandiya ilə oyundan sonra Foqts futbolçuların oyun praktikasının yoxluğundan əziyyət çəkməsindən gileyləndi...
- Bilirsiniz necədi, bu məsələdə konkret olaraq, kimisə günahlandırmaq olmaz. Amma biz razı deyildik ki, futbolçular ikinci turun oyunlarının sabahı günü millinin düşərgəsinə yollansınlar. 4-5 gündən sonra geri qayıtsınlar və sabahsı gün yenidən oyuna çıxsınlar. Bu halda oyunçuların durumundan bixəbər olacaqdıq. Kimin konkret günahkar olduğunu deyə bilmərəm. Günahkar o adamdır ki, yalnız öz mənafeyini güdür və başqalarını heç düşünmür. Onsuz da camaat hər şeyi bilir. Qoy, özləri bu məsələni götür-qoy etsinlər və sonda özləri qərar qəbul etsinlər ki, günahkar kimdir - klublar, AFFA yoxsa Berti Foqts?
- Berti Foqtsun müqaviləsinin başa çatmasına az qalıb. Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də almaniyalı məşqçinin komandadakı gələcək taleyidir. Bu haqda sizin də fikirlərinizi bilmək maraqlı olardı.
- Mən bu haqda indi dəqiq bir söz deyə bilmərəm. Elə düşünməyin ki, kimdənsə çəkinirəm və ya nəyinsə xətrinə bu suala konkret cavab vermirəm. Belə deyil. Sadəcə olaraq, bu, çox ciddi məsələdir. Bunun üçün gərək bir qədər götür-qoy edib, düşünəsən. Ona görə də indi bu suala dəqiq cavab verə bilmərəm.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib