"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la ilk oyununda qələbə qazandı. Qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.
- Oyun həddindən artıq maraqlı keçdi. Gah sevindik, gah da hirsləndik. Bir azarkeş kimi də oyundan zövq aldım. Uzun illərdir ki, belə maraqlı matç izləməmişdim. Məncə, bütün azarkeşlər "Qarabağ"ın çıxışından razı qaldı.
- Hakim idarəçiliyi birmənalı qarşılanmadı. Siz bu haqda nə fikirdəsiniz?
- Mən futbol mütəxəssisi deyiləm. Hakimliklə bağlı çox danışa bilmərəm. Ancaq Reynaldonun qırmızı vərəqə aldığı epizoda təkrar baxdıqdan sonra məlum olur ki, hətta rəqib futbolçuya sarı vərəqə göstərilməli idi. Çünki Reynaldoya arxadan müdaxilə var idi.
- Reynaldonun qırmızı vərəqəsnin ləğv olunması üçün "Qarabağ" sona qədər cəhd göstərəcək?
- Dünən UEFA-ya şikayət ərizəmizi göndərmişik. Bizim Türkiyədə vəkilimiz var. O, bu işdə bizə köməklik göstərir. Hər halda çalışırq.
- UEFA-nın hakimin qərarını dəyişəcəyi nə dərəcdə realdır?
- Mütəxəssilərlə müzakirə etdikdən sonra məlum oldu ki, Reynaldonun qırmızı vərəqəsi sarı ilə əvəzlənə bilər. Buna görə də UEFA-ya müraciət etdik. Ancaq UEFA hakimin qırmızı vərəqə qərarını dəyişmir. Müəyyən istisna hallar var. Bu kimi hallarda isə hakimin qərarının dəyişdirilməsi çox çətin məsələdir. Yəni hakimin verdiyi qərarın arxasında UEFA da dayanır. Buna baxmayaraq, müraciətimizi etdik.
- Reynaldo və Admir Telinin cavab qarşılaşmasında iştirak etməməsi "Qarabağ" üçün böyük itkidir. Komandanızı ağır səfər matçı gözləyir. "Qarabağ"ın mərhələ adlamaq şansını necə qiymətləndirirsiniz?
- İlk oyunla müqayisədə indi rəqibi daha yaxşı tanıyırıq. Mümkün olmayan heç nə yoxdur. Əlbəttə ki, səfərdə çox böyük təzyiq altında oynayacağıq. Ancaq uğurlu nəticə qazanacağımıza inanırıq. Azərbaycanımızı ən yaxşı şəkildə təmsil edəcəyik. İnamdan çox şey asılıdır. İlk növbədə özümüz inanmalıyıq ki, hər kəs də bizə inansın.
- "Qarabağ" mərhələni adlayacağı təqdirdə yeni hücumçu transfer oluna bilər?
- Klub rəhbərliyi hər zaman baş məşqçimizin istəyini yerinə yetirməyə hazırdır. Qurban müəllim istəsə, yox deyilməyəcək.
- "Qarabağ"ın cavab oyunu televiziya vasitəsi ilə Azərbaycanda canlı yayımlanacaq?
- Bu işlərlə komanda Avstriyaya yollandıqdan sonra məşğul olacağıq. Yəqin ki, canlı yayımla bağlı bir problem olmayacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da