"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"a qarşı keçirdikləri ilk oyundan (2:1) sonra Qol.Az saytının suallarına cavab verib
- Oyun haqda fikirlərini bilmək istərdik?
- Özünüz də gördünüz ki, "Zalsburq" çox güclüdür. Həm sürətli, həm də texnikalı futbola üstünlük verirlər. Rəqibi düzgün analiz edib, yaxşı hazırlaşmışdıq. İkinci hissədə "Zalsburq"un bir neçə qol imkanı oldu. Azlıqda qalmaq planlarımız bir qədər pozdu. On nəfərlə qaldıqda müdafiədə olan boşluqları doldurmaq çətin olur. Ancaq şükürlər olsun ki, Admir Telinin qırmızı vərəqə alsa da, 15 dəqiqə sonra komanda yenidən özünü toparladı. Cəmi bir səhv buraxdıq ki, o da qolla nəticələndi. Yenə də qələbə qolunu vura bildik.
- Hakim açıq futbola imkan vermirdi tez-tez oyunu saxlayırdı. Onun verdiyi qərarlara münasibətin necədir?
- Artıq Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edirik. Bu mərhələdə təcrübəli hakimlər olur. Epizodlara təkrar baxdıqdan sonra şərh verə bilərəm. Oyun zamanı baş verənləri yaxşı görə bilmədim.
- İkinci hissədə müdafiəyə çəkilməyiniz nədən irəli gəlirdi?
- Ümumiyyətlə, ilk hissədən müdafiəyə daha çox fikir verirdik. Çünki belə rəqiblə oyunda müdafiə olunmasan da, onlar səni buna məcbur edir. "Zalsburq"un çox güclü hücum xətti var. Ancaq ikinci hissədə iki müdafiəyəmeyilli futbolçumuz Qara Qarayev və müdafiəçimiz Admir Telinin meydanda olmaması işimizi çətinləşdirdi və istədiyimiz kimi müdafiə oluna bilmədik.
- Cavab qarşılaşmasında Reynaldonun olmaması "Qarabağ" üçün nə dərəcədə çətin olacaq?
- Düzdür, Reynaldo "Qarabağ" üçün çox iş görür, komandanın aparıcı futbolçularından biridir. Ancaq son vaxtlar çox yaxşı formada olan Vüqar Nadirovumuz da var. Məncə, Vüqar Reynaldonu layiqincə əvəz edəcək.
- Uzun müddətdir meydan çıxmırdın. Öz oyundan razı qaldın?
- Öz oyunumdan razı qalmağıma hələ çox var. Demək olar ki, cəmi 3-4 gündür komanda ilə məşq etməyə başlamışam. Artıq iki aydır zədədən əziyyət çəkirəm. Bu, uzun bir müddətdir. Formamı bərpa etmək üçün zaman ehtiyac var.
- Ehtiyat oyunçular skamyasından futbolçulara göstərişlər verirdin. Müdafiəçilərdən narazı idin?
- Xeyr, mən onlara göstəriş vermirdim, ruhlandırırdım. Səhv olanda da bildirirdim ki, əladır. Yəni komandanın ürəkli oynamasına çalışırdım. Meydanda olanda da bunları edirəm. Futbolçularımız bir səhv edəndə onları ruhlandırmağa çalışıram.
- "Qarabağ"ın müdafiəçiləri necə təsir bağışladı?
- Müdafiə xəttimizi çox yaxşı dəyərləndirirəm. Admir Telinin qırmzı vərəqə almasına qədər müdafiəmiz əla idi.
- Gözlədiyiniz "Zalsburq" bu idi?
- Demək olar ki, elə gözlədiyimiz kimi oynadılar. Rəqibin bir çox oyunlarını analiz etmişdik. Bilirdik ki, çətinliklə üzləşəcəyik
- Cavab qarşılaşması haqda nə düşünürsən?
- Rəqibin oyununa və gücünə artıq bələdik. Bilirik ki, nəyə qadirdirlər. Həmişə Allaha güvənmişik. Səfər oyununda da yaxşı nəticəyə ümid edirik. Qarşıda bizi daha çətin oyun gözləyir. Çalışacağıq ki, vətənə yaxşı nəticə ilə qayıdaq və bizi dəstəkləyən çoxsaylı azarkeşlərimizi sevindirək.
Ramiq AĞAMƏMMƏDOV
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
“Qəbələ” - “Şəfa”: Heyətlər
Kapitan olsa da, sarğı taxa bilməyəcək
"Arsenal"a qələbə üçün gəlmişəm"
Zlatan İbrahimoviç: “İndiki Zlatan başqadır”
“Liverpul” futbolçusunu icarəyə verdi
“Sabah”ın məşqçisi “Sabah”ın Ulduzları” haqda
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı
Bakı EuroVolley həyəcanını yaşayır
Ukrayna klubunun bazasına da raket atıldı - Şəkillər
Kriştiano Ronaldonun 977-ci qolu - Video
"Liverpul" 70 milyon avroluq təklif göndərdi
"Sevilya" Gürcüstan millisinin üzvünü transfer etdi
Almaniyada derbi oyununda xaos - Video
Messi cərimələndi
“Qarabağ”la oyuna başı dik getməliyik” - Daan Rots
“Marsel”dən darmadağın
“Arsenal”dan mövsümə uğurlu start
Toral oynadı, “Bursaspor” məğlub oldu
Ronaldo yeni mövsümdə qol hesabını açdı
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
Cəlal Hüseynovun komandası uduzdu
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu