"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Zədə səbəbindən Çempionlar Liqasının II təsnifat mərhələsinin "Valletta" ilə hər iki oyununu buraxdın. Hazırda durumun nə yerdədir, növbəti oyuna çıxa bilərsən?
- Zədəmi tam sağaltmışam. Heç bir problem yoxdur. Baş məşqçi şans versə, növbəti oyunda meydanda olacam.
- "Qarabağ" hər iki oyunda "Valletta"ya qalib gəldi. Nəticə yaxşıdır. Bəs, komandanın göstərdiyi oyun haqda nə deyə bilərsən?
- Hər iki görüşdə bütün futbolçularımız özünü yaxşı tərəfdən göstərdi. Sevindirici haldır ki, sonradan meydana daxil olanlar da əla təsir bağışladılar, komandaya xeyir verdilər. Qarşılaşmalara kənardan baxırdım. İlk turu layiqli keçdik. "Valletta"nın qapısından iki oyuna beş cavabsız qol keçirdik. Komandamız çalışırdı ki, öz oyununu nümayiş etdirsin. Fikir verin, ikinci oyunda "Valletta"ya qolların hamısını gözəl kombinasiya nəticəsində vurmuşuq.
- Çatışmazlıqların olduğunu da demək olar?
- Bəli, müxtəlif epizodlarda çatışmazlıqlar da hiss olundu. Ancaq ilk oyunla müqayisədə ikinci görüşdə səhvlərimiz xeyli azalmışdı. Futbolda hamı səhv edir. Əsas odur ki, komanda oyunu nümayiş etdirək. Belə görünür ki, komandamız tədricən daha yaxşı çıxış edəcək.
- Çempionlar Liqası kimi möhtəşəm turnirin iki görüşünü buraxdın. Yəqin komandanın oyununa qıraqdan baxmaq çətindir.
- Əlbəttə, dəfələrlə bildirmişdim ki, hədəfimiz və arzumuz Çempionlar Liqasında çıxış etməkdir. "Valletta" ilə oyunun son məşqlərində ayağımda ağrılar başladı. Həkimlərimiz məsləhət gördü ki, hələlik oyuna çıxmayım. Bilirdik ki, "Valletta"dan sonra bizi çətin rəqib gözləyir. Ona görə də baş məşqçi qərara gəldi ki, hələlik dincəlim. Doğrudan da "Qarabağ"ın oyununu kənardan izləmək mənim üçün çox çətindir. Deməli, qismət bu imiş. Meydana çıxa bilmədiyim üçün üzülürəm. Ancaq onu da başa düşürəm ki, son iki oyunda dincəldiyim üçün növbəti mərhələdə komandaya daha çox xeyir verə bilərəm.
- Qurban Qurbanov sənin yoxluğunda İlqar Qurbanova sanki ikinci nəfəs verdi. O, səni layiqincə əvəzlədi.
- Əlbəttə, özünüz də gördünüz ki, "Qarabağ"da əvəzolunmaz futbolçu yoxdur. Belə rəqabətin olması çox müsbət haldır. İlqarın yaxşı çıxış etməsinə məndən çox heç kim sevinə bilməz. Təki o, yaxşı çıxış etsin ki, zəif yerlərimiz olmasın, yoxluğum hiss olunmasın. Doğrudan da İlqar komandamızın uğuru üçün əlindən gələn hər şeyi etdi.
- Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibiniz Avstriya çempionu "Zalsburq" haqda nə fikirdəsən?
- Baş məşqçimiz rəqib haqda bizə geniş məlumat verməsə də, inanıram ki, artıq futbolçularımız 80 faizi rəqibin son oyunlarının videosunu izləyib. Artıq "Zalsburq" haqda məlumatımız var. Bilirik ki, belə komandaya qarşı necə hazırlaşmaq lazıdır. "Zalsburq" yerli çempionatda "Rapid"ə 6:1 hesabı ilə qalib gəlib. Bir neçə ay bundan əvvəl "Bavariya" ilə yoxlama oyununda üç cavabsız qol vurublar. Hamımız başa düşürük ki, bizi nə cür komanda gözləyir. Ancaq "Qarabağ" da zəif deyil. Bizdə də yaxşı futbolçular çıxış edir. Bütün Azərbaycan üçün "Zalsburq"la oyunumuz çox maraqlıdır. Hamı hesabın necə nəticələnəcəyini maraqla gözləyir. Biz də ilk növbədə azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik ki, səfərə yaxşı nəticə ilə yollanaq.
- "Zalsburq"un adı sizi narahat edir?
- "Zalsbur"un son dövrlərdəki nəticələrinə fikir verməsəydim, fikirləşərdim ki, Avstriya klubudur, adi komanda kimi yanaşardım. Düşünərdim ki, normal rəqiblə düşmüşük. Ancaq analiz edəndə görürük ki, heç də bundesliqa klublarından geri qalmırlar. İlk oyun Bakıda olacaq. Doğma meydança, azarkeşlərimiz bizə əlavə güc verəcək. İnanrıam ki, hamımız bir yerdə yaxşı nəticə ilə stadionu tərk edəcəyik.
- İlk oyunun burada olmağı yaxşıdır?
- Bəli. Yadınızdadırsa Dortmund "Borrusiya"sı ilə ilk oyunumuz səfərdə olmuşdu. Həmin qarşılaşmada qapımızdan dörd qol buraxdıq. Ondan sonra Bakıda yaxşı nəticə qazanmağımız real görünmürdü. İnamımız yox idi ki, "Borussiya"nı keçəcəyik. Ancaq "Ayntraxt"a doğma meydanda 0:2 hesabı ilə uduzsaq da, səfərə ümidlə yollanmışdıq. "Zalsburq"la ilk oyunda da yaxşı nəticə qazansaq, Avstriyada ürəklə oynayarıq. Onların azarkeşləri də bizə təsir göstərə bilməz.
- "Zalsburq"un inidyə qədər Avroliqada qalib gəldiyiniz bütün komandalardan güclü olduğunu düşünürsən?
- Bəli. Məncə, "Zalsburq" "Rusenborq", "Visla" və digər məğlub etdiyimiz komandalardan güclüdür. Mən bu komandanı "Ayntraxt"la müqayisə edərdim. Fikrimcə, hər iki komanda eyni gücdədir.
- İlk oyunda nəyə ümid etmək olar?
- İstəyimiz odur ki, qalib gələk. Ancaq qələbə üçün çox əziyyət çəkməli olacağıq. Qapımızdan qol buraxmasaq, bunu da yaxşı nəticə hesab olar.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək