Milli komandamızın sabiq baş məqşçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində DÇ-2014-ün geridə qalan oyunlarını dəyərləndirib, mundialla bağlı öz proqnozunu verib.
- Şahin müəllim, DÇ-2014-ün oyunları bizim vaxtla gecə saatlarında başlayır. Mundialı izləmək imkanınız olur?
- Bakı vaxtı ilə saat 06:00-da keçirilən Fil Dişi Sahili - Yaponiya matçından başqa bütün oyunları izləmişəm.
- Artıq qrup mərhələsində birinci turun oyunları başa çatmaq üzrədir. Yəqin ki, keçirilən qarşılaşmalardan diqqərinizi çəkən məqamlar oldu.
- Birinci turdan sonra komandalar haqda hansısa qəti fikir söyləmək olmaz. Almaniya oyunu ilə özünü favorit kimi göstərdi. Təbii ki, İspaniyanın böyük hesabla məğlub olacağını mən də gözləmirdim. Artıq İspaniya 12 ilə yaxındır ki, eyni heyətlə çıxış edir. Bu komandaya təzə qan lazımdır. Əks təqdirdə dünya çempionatının sürət tempinə uyğunlaşmaq çətin olacaq. Bu çempionatda adapdasiya məsələsi də özünü göstərir. Fikir verin, Cənubi Amerika ölkələrinin komandaları daha yaxşı təsir bağışlayır, nəinki Avropa komandaları. Bir müddətdən sonra Avropa komandaları da sürət yığacaqlar. Birinci turdan sonra Almaniya, Hollandiya, Meksika, Argentina və Kosta-Rikanın yaxşı oyununu qeyd edə bilərəm.
- Braziliya necə?
- Braziliya Xorvatiyaya qalib gəlsə də, çempionluğa layiq oyun göstərmədi.
- Sizin üçün sürpriz nəticələr hansı oldu?
- Uruqvayın Kosta-Rikaya uduzması gözlənilməz oldu. Uruqvay da neçə illərdir ki, eyni heyətlə oynayır. Futbolçuların yaş həddi çox olduğu üçün gənclərdən təşkil olunmuş Kosta-Rika ilə bacarmadılar.
- İspaniyanın Hollandiyaya 1:5 hesabı ilə uduzması gözlənilməz olmadı?
- İspaniyanın uduzmasını gözləyirdim. Ancaq qapısından beş qol buraxacağını əlbəttə ki, heç kim gözləmirdi. Ramos və Pike kimi dünyanın ən güclü mərkəz müdafiəçilərinin elə bir oyun göstərməsi təəccüblü oldu. İspaniyanın zəif çıxış etməsinin başlıca səbəblərindən biri futbolçularının yorğun olmasıdır. Səhv etmirəmsə, Hollandiya ilə oyunda dörd futbolçu "Real"ın, dördü isə "Barselona"ın oyunçusu idi. Bildiyiniz kimi, "Real" və "Barselona" ötən mövsüm çox gərgin oyunlar keçirib. Buna görə də futbolçularda yorğunluq öz sözünü dedi.
- Azarkeşlik etdiyiniz və favorit gördüyünüz komandalar hansılardır?
- Argentina millisinə azarkeşlik edirəm. Hələ Maradona yığmada oynayandan bu komandaya rəğbətim var. Argentina akademik, ağıla hesablanmış futbol oynayır. Ancaq favorit kimi Almaniyanı görürəm. Almanların Ermənistanla yoldaşlıq oyununu görəndən sonra bu qənaətə gəldim. Komandanın nə qədər ağıllı oyun göstərməsini müşahidə etdim. Ən başlıcası isə Almaniya millisinin iki eyni gücə malik heyəti var. Padolski, Şürrle, Şvaynştayger və Kloze kimi futbolçuların ehtiyatda qalması komandanın nə dərəcədə güclü olmasından xəbər verir. Dünya çempionatı uzun bir marafondur. Buna görə də ehtiyat oyunçularla zəngin olan komanda sona qədər mübarizə apara biləcək. Bu sarıdan da Almaniya favoritdir.
- Deməli, almanların dünənki oyunda Portuqaliyaya 4:0 hesabı ilə qalib gəlməsi sizin üçün elə də gözlənilməz olmayıb.
- Açığı, Almaniyanın bu qədər asan qələbə qazanmağını gözləmirdim. Düşünürdüm ki, iki top fərqi ilə qalib gələcəklər. Ancaq gördüyünüz kimi, Portuqaliya Almaniyaya heç nə edə bilmədi.
- Milli komandamızın Avro-2016-nın seçmə mərhələsindəki rəqibləri İtaliya və Xorvatiya millilərinin oyunlarını diqqətdə saxlayırsınız?
- Bu komandalar bizim millimizdən bir neçə dəfə güclüdür. Bizim onlarla mübarizə aparmağımız hələ tezdir. Xorvatiyanın Braziliya ilə necə mübarizə apardığını gördünüz. Deyərdim ki, hələ Xorvatiya öz yaxşı oyununu göstərə bilmədi. Çünki onlar daha çevik futbol oynamağı bacarırlar.
- Hər mundialın sürpriz komandası olur. Sizcə, DÇ-2014-də hansı komanda sürpriz nəticələr göstərə bilər?
- Mətbuatı izləyirəm, hamı Belçikanın adını çəkir. Ancaq mənim fikrim tam başqadır. Cənubi Amerika komandaları sensasiya edəcək. Meksika, Kolumbiya və Kosta-Rika sürpriz komandalar olacaq. Məncə, onlar yarımfinala qədər irəliləyə bilər.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu