2013-cü ilin əvvəlində “Bakı” və “Atletiko” arasında imzalanmış əməkdaşlıq müqaviləsi Madrid təmsilçisi üçün düşərli olub.
Qol.Az-ın xəbərinə görə, oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan – red.) sözləri yazılan formalarla çıxan Dieqo Simeonenin komandası son 18 ildə tarixinin ən uğurlu mövsümünü keçirir.
Qeyd edək ki, “Bakı” klubunun və “Baghlan group”un prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə ötən ilin mart ayının əvvəlində Azərbaycanla “Atletiko” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Atletiko” bütün rəsmi matçlara - İspaniya çempionatı və kuboku, həmçinin avrukubokların oyunlarına “Land of fire Azerbaijan” formaları ilə çıxır. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın yeniyetmə futbolçularının “Atletiko”da təcrübə keçməsini nəzərdə tutur. Müqavilənin imzalanma mərasimindən iki ay sonra – apreldə “Atletiko” Azərbaycana gələrək “Bakı” klubu ilə yoxlama oyunu keçirib. Səfər zamanı Madrid klubunun rəhbərliyi, məşqçiləri və futbolçuları prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə tərəflər bu əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə ediblər.
Qeyd edək ki, elə həmin mövsümün (2012-13) yekununda “Atletiko” 15 illik fasildən sonra İspaniya çempionatında mükafatçılar sırasında yer alıb. Madrid komandası “Barselona” və “Real”dan sonra turnir cədvəlində üçüncü pilləni tutub, eyni zamanda İspaniya kubukuna sahib olub.
Lakin “Atletiko” bu mövsüm daha uğurlu çıxışı ilə diqqət çəkir. Dieqo Simeonenin yüksək biliyi sayəsində, heyətində ulduz futbolçuların kasadlığına baxmayaraq, “Atletiko” İspaniya çempionatında liderliyini qoruyur, dünən isə komanda Londonda “Çelsi”ni mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Müqayisə üçün deyək ki, “Atletiko” sonuncu dəfə indiki Çempionlar Liqasının finalında düz 40 il əvvəl oynayıb. 1973-74-cü il mövsümündə o vaxt Çempionlar kuboku adlanan bu yarışda Madrid təmsilçisi “Bavariya”ya uduzaraq ikinci yeri tutub.
“Atletiko”nun Avropa kuboklarının finalında oynadığı növbəti qarşılaşma isə 1985/86-cı il mövsümün təsadüf edir. Madrid təmsilçisi həmin qarşılaşmada Sovet futbolunun əfsanəvi məşqçilərindən olmuş Valeri Lobanovskinin baş məşqçisi olduğu Kiyev “Dinamo”suna UEFA Kuboklar kubokunun həlledici görüşündə uduzaraq (0:3) yenə ikinci olub. "Atletiko" 2010-cu ildə "Fulhem"ə 2:1, 2012-ci ildə isə İspaniya "Atletik"inə 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qalibi adını qazanıb. UEFA superkubokunda isə komanda "Çelsi"ni məğlub etmişdi.
Bu mövsüm parlaq çıxışı ilə diqqət çəkən Madrid təmsilçisi mayın 24-də Lissabon şəhərində baş tutacaq “Real”la final görüşündə qalib gəlmək şansı az deyil. Bundan başqa, elə həmin “Real”ı və dünya futbolunun digər nəhəngi – “Barselona”nı turnir cədvəlində geridə qoyan “Land of fire Azerbaijan” formalı komandanın La Liqanın da çempionu olmaqla dubl etmək imkanı var.
Yeri gəlmişkən, “Atletiko” sonuncu dəfə İspaniya çempionatının qızıl medalını 18 il əvvəl – 1995-96-cı ildə qazanıb (bu, onların doqquzuncu çempionluğu olub). O vaxtdan düz ötən mövsümə qədər isə “Atletiko” uğursuzluq zolağına düşərək bir dəfə də olsun mükafatçılar sırasında yer ala bilməmişdi. Ötən mövsüm komanda İspaniya kuboku qazanıb və çempionatda üçüncü yeri tutub.
Lakin Dieqo Simeonenin gəlişindən, eyni zamanda Azərbaycanın sponsorluğundan sonra “Atletiko” xüsusi ilə 2013-14 mövsümündə fantastik çıxışı ilə dünya futbolunun rəğbətini qazanıb. Komanda La Liqada keçirdiyi 35 oyunun cəmi 3-də uduzub, 28 qələbə və 4 dəfə heç-heçə edib. Rəqib qapısına 75 qol vuran “Atletiko” öz qapısından 22 qol buraxıb. Bunun sayəsində Madrid təmsilçisi İspaniya çempionatında ən az qol buraxan komandadır. Çempionlar Liqası yarışında isə bu mövsüm keçirdiyi 12 oyundan 9-da qələbə qazanan “Atletiko”, üç oyunda da heç-heçə edib. Göründüyü kimi, komandanın Avropa ən nüfuzlu turnirində də məğlubiyyəti yoxdur.
Qeyd edək ki, qeyri-rəsmi xəbərlərə görə, Azərbaycanla əməkdaşlıqdan “Atletiko” bir mövsüm ərzində 20 milyon avro gəlir əldə edir. Bu sponsorluq ölkəmizin Avropada təbliğatı baxımından müstəsna əhəmiyyət daşıyır.
Tərəflərin bu münasibətlərdən məmnun qaldığı bir müddət əvvəl bir daha sübut olunub. Təsadüfi deyil ki, bu ilin mart ayının əvvəllərində “Bakı” və “Atletiko” klubları əməkdaşlıq sazişinin müddətini 2015-ci ilin sonuna qədər artırıblar. Bu isə o deməkdir ki, “Atletiko” ən azı 2016-cı ilin yanvar ayına qədər oyunlara “Lanf of fire Azerbaijan” formaları ilə çıxacaq.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi