Həyəcan dolu, nəfəskəsici, savaş xarakterli bir matç - "Atletiko Madrid" - "Çelsi". Adi bir qarşılaşma yox, Avropanın ən nüfuzlu klub turnirinin yarımfinal görüşü. Üstəlik, bu, iki xarizmatik məşqçinin - Dieqo Simeone və Joze Mourinyonun duelidirsə. Futbol bilicilərinin bəziləri bu iki məşqçi arasında oxşar cəhətlərin olduğunu iddia edir. Onların hər ikisinin həddən ziyadə emosionallığı öz yerində.
Bugünkü Simeonenin 10 il əvvəlki Mourinyonu xatırlatdığını deyənlər də var. Axı, 10 il əvvəl də kimsənin yaxından tanımadığı gənc bir məşqçi özünün sevimli "Portu"si ilə dillər əzbərinə çevrildi. Portuqaliya çempionluğu və Çempionlar Liqasını qazandı. Məhz ondan sonra bütün dünyada məşhurlaşdı. Simeone isə ötən illərdə futbolçu kimi az-çox sözünü deyib. Amma məşqçi kimi indi parlayır. "Atletiko" illərdir həsrətində olduğu İspaniya çempionluğunun astanasındadır, komanda 40 illik fasilədən sonra Çempionlar Liqasında yarımfinala çıxıb. Doğurdan da göz önünə 10 il əvvəlki Mourinyo gəlir. Belə demək olarsa, don Joze bu axşam "öz keçmişi" ilə qarşılaşacaq.
Mourinyo Madridə qayğılı yollanıb. Komanda premyer liqanın son turunda "evdə" "Sanderlend"ə uduzmaqla çempionluq yolunda ciddi zərbə alıb və buna görə psixoloji durumu qaydaya salmaq lazımdır. Bundan başqa Branislav İvanoviç cəzalı olduğundan, Samuel Eto isə zədə səbəbindən "Atletiko"ya qarşı oynamayacaq. Onun yoxluğunda Mourinyo Fernando Torresi bir vaxtlar çox sevildiyi Madrid publikası önünə çıxarmağı planlaşdırır. Don Joze bildirib ki, Torresin "Visente Kalderon"da rəğbətlə qarşılanacağına əmindir. Portuqal mütəxəssisi sevindirən digər məqam isə Eden Azar və Peter Çexin zədəsini sağaldaraq məşqlərə başlamasıdır.
Hər iki futbolçunun meydana çıxacağı gözlənilir. "Atletiko"nun isə heyətlə bağlı problemi yoxdur. Komandalar son illərdə 3 dəfə qarşılaşıb və bu oyunların hamısı "üst" bitib. Tərəflərin hesabında hərəyə bir qələbə var, bir qarşılaşma isə heç-heçə bitib. Bu həyəcan dolu matça www.etopaz.az saytında həm "təkli oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Atletiko Madrid"in qələbəsi 1.75, heç-heçə 3.3, "Çelsi"nin qələbəsi 3.6. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
Liqanın keyfini www.etopaz.az ilə yaşayın, oynayın və qazanın!!!
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video