Yeni iş həftəsinin ilk günündə www.etopaz.az mərc həvəskarlarına 30 ekspress və 3 "təkli oyun" təklif edir. "Təkli oyunlar"dan ilk olaraq Türkiyə superliqasının "Trabzonspor" - "Gənclərbirliyi" matçı başlayacaq.
Bakı vaxtıyla saat 22-də başlanacaq bu qarşılaşmanı "Avni Aker" stadionunda yalnız qadın və uşaqlar izləyə biləcək. "Fənərbaxça" ilə görüşdə azarkeşlərin xuliqanlığına görə federasiya tərəfindən cəzalandırılan "Trabzonspor" bu qərarla barışmağa məcburdur. Baxmayaraq ki, axşamkı oyuna kişi azarkeşlər buraxılmayacaq, bununla belə klub öz saytında qadın və uşaq fanatlara səslənərək stadiona özləriylə qadaga qoyulan əşyaları gətirməməyi xahiş edib.
Hər iki komanda Avroliqaya vəsiqə uğrunda mübarizə apardığından matça maraq böyükdür. Bir ara zəif çıxış edən və "düşmə zonası"nın yaxınlığında qərarlaşan "Gənclərbirliyi" son 4 turun hamısında qalib gəlməklə 9-cu pilləyə yüksəlib. Bu axşam qazanılan qələbə isə komandanı 5-ci sıraya şərik edəcək. "Trabzonspor"a gəlincə, Hami Mandıralının baş məşqçi postuna gəlişindən sonra dirçələn "Qara dəniz fırtınası" hazırda 7-ci yerdədir. "Gənclərbirliyi"nə qalib gələcəyi halda trabzonlular 4-cü yerə yüksələcək. Amma komandanın axşamkı matç öncəsi bəzi sıxıntıları var:
azarkeş amilinə əvvəldə toxunduq, bundan başqa bir neçə gün əvvəl ailə quran Didye Zokoraya istirahət verildiyi üçün, rəhbərlikdən icazəsiz onun toyuna yollanan Qustavo Kolman isə cəza olaraq heyətə daxil edilməyib. Floran Maluda Fransaya xəstə həyat yoldaşına baş çəkməyə getdiyi üçün düşərgədə yoxdur."Gənclərbirliyi"nin də 4 əsas oyunçucu müxtəlif səbəblərdən bu axşam meydana çıxmayacaq. Bu komandayla keçirdiyi son 5 ev oyununun yalnız birində uduzan trabzonlular görək bu axşam qadın və uşaq fanatlarını sevindirə biləcəkmi? www.etopaz.az saytında qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz:
"Trabzonspor"un qələbəsi 1.7, heç-heçə 3.4, "Gənclərbirliyi"nin qələbəsi 3.7. Gecənin digər "təkli oyunlar"ı isə İtaliya A seriyasının "Cenoa"-"Milan" və İspaniya La Liqasının "Levante"-"Atletik Bilbao" görüşləridir. Birinci oyun gecə saat 12-də, "Levante"-"Atletik" görüşü isə ondan bir saat sonra başlayacaq.
Təklif bizdən, seçim sizdən. Oynayın və qazanın.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video