Azarkeşləri nəfəskəsici bir futbol gecəsi gözləyir. Çempionlar Liqası, 1/4 final və bir-birindən maraqlı 2 qarşılaşma. Bu mövsüm La Liqada "Real" və "Barselona" ilə layiqli mübarizə apararaq çempionata əlavə rəng qatan "Atletiko" hazırda istənilən komandaya problem yaradacaq gücdədir.
Çempionlar Liqasında bu mövsüm məğlub olmayan Dieqo Simeonenin komandası "Barselona" ilə keçirdiyi son üç görüşün hamısında heç-heçə oynayıb. Bununla belə, "Barsa" elə "Barsa"dır. Messi və komanda yoldaşlarını, turnir təcrübəsini nəzərə alsaq,"Barselona" bu cütün şəksiz favoritidir. Hərçənd oyun öncəsi mətuat konfarnsında "Barsa"nın baş məşqçisi Xerardo Martino ehtiyatla danışıb: Biz "Atletiko"nun əks-hücumlarından ehtiyatlanmalıyılıq, amma açıq oyun olaçağını gözləyirəm. Rəqib "Nou Kamp"da fərqlənməyə çalışacaq".
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone də maraqlı danışıb: Desəm ki, bu günkü görüşün favoriti bizik, bu bir qədər cəsarətli addım olar. Biz bura "Barselona" ilə mübarizə aparmağa gəlmişik. Fikrimcə, axşamki qarşılaşma "Barsa" ilə keçirəcəyimiz ən çətin oyun olacaq. Onlar cütün taleyini ilk oyundaca həll etmək istəyir. Buna görə də biz gücümüzdən və şansımızdan maksimum istifadə etməliyik.
Bu dueldə zədəli Dieqo Kostanın "Atletiko"ya kömək edib-etməyəcəyi sual altındadır. Raul Qarsiya isə cəzalıdır. Görək, 40 illik fasilədən sonra Çempionlar Liqasında yarımfinala çıxan "Atletiko"nun ilk sınağı necə olacaq? www.etopaz.az saytında bu qarşaılaşmaya "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Barselona"nın qələbəsi 1.35, heç-heçə 4.1, "Atletiko Madrid"in qələbəsi 5.8.
Gecənin digər görüşü isə əsl klassika, futbol romantikası olacaq. Bəli, bu 15 il əvvəlki finalda "Bavariya"nı şoka salan "Mançester Yunayted" deyil. Dahi ser Fergüssonun yerində hələki rahatlıq tapa bilməyən Devid Moyes oturub. Komanda qeyri sabit oynayır, van Persi zədə üzündən Münhen təmsilçisiylə oyunları buraxacaq, Evra cəzalıdır, "Bavariya" bu mövsüm möhtəşəm oynayır və s. Amma "Old Trafford"un əsrarəngiz ab-havası, çılğın Mançester fanatları yəqin ki, bu gecə "qırmızı şeytanlar"ı bütün gücünü ortaya qoymağa sövq edəcək.
"Bavariya" mübaliğəsiz Avropanın hazırda ən güclü klubudur. Bundesliqada artıq 2 ay əvvəldən çempionluğu təmin edən Qvardiolanın komandası indi bütün diqqətini Çempionlar Liqasına yönəldib. Görək almanların – "şeytan yuvası"na - "Old Trafford"a yürüşü necə nəticələnəcək? www.etopaz.az saytında bu gözəl futbol tamaşasına həm "tək oyun" kimi, həm də canlı mərc etmək olar. Əmsallar: "Mançester Yunayted"in qələbəsi 5.8, heç-heçə 4.2, "Bavariya"nın qələbəsi 1.35. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən asılı olaraq tez-tez dəyişəcək.
Futbol keyfini www.etopaz.az ilə yaşayın, oynayın və qazanın!!!
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər