www.etopaz.az saytında "təkli oyunlar"la bol proqramlar ard-arda gəlir. Dünənki kimi bu gün www.etopaz.az saytı proqramında 10 "təkli oyun"a yer verilib ki, bu da mərc həvəskarlarının qazanmaq şansını bir qədər də artırır. Bu günün bütün "təkli oyunlar"ı haqda danışmayacağıq, amma təbii ki, "el-klassiko"nun, "Real"-"Barselona" duelinin üzərindən də sükutla keçmək fikrində deyilik. "El klassiko" adlı bu futbol tamaşasını bütün dünya böyük maraq və səbrsizliklə gözləyir. Hazırda lider "Real Madrid"dən 4 xal az toplamaqla 3-cü pillədə qərarlaşan "Barselona" üçün bu qarşılaşma bəlkə də çempionluğun taleyini həll edəcək. Məğlub olacağı təqdirdə "Barsa" "Real"dan 7 xal geri düşəcək ki, qalan ayyarım ərzində bu fərqi qapatmaq elə də asan olmayacaq. Hər iki komanda oyuna optimal heyətlə hazırlaşır. Kərim Benzemanın zədəsini sağaldaraq məşqlərə qoşulması "Real"ın baş məşqçisi Karlo Ançelottini sevindirməyə bilməz.
Son illərdəki duellərdə bir qayda olaraq evdə və ya səfərdə oynamasından asılı olmayaraq "Barsa" matçın favoriti sayılırdı. İndi isə vəziyyət dəyişib. Karlo Anşelottinin baş məşqçi postuna gəlişindən sonra əvvəlki əzəmətini geri qaytaran "Real Madrid" nisbətən üstün sayılır. www.etopaz.az saytında gecə saat 12-də başlanacaq bu gözəl futbol tamaşasına həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Real Madrid"in qələbəsi 2.0, heç-heçə 3.4, "Barselona"nın qələbəsi 2.9. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
"El-klassiko" ilə yanaşı bu gün daha 9 qarşılaşmaya da "tək oyun" kimi mərc edə bilərsiniz. Onların sırasında "Latsio"-"Milan", "Valensiya" -"Vilyarreal" və "Napoli"-"Fiorentina" kimi maraq doğuran oyunlar da var.
Təklif bizdən, dəyərləndirmək sizdən. Oynayın və qazanın!!!
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi