Bu axşam futbol üzrə Çempionlar Liqasında 1/8 finalın daha 2 cavab oyunu keçiriləcək. Bu matçlardan biri ilk görüşdə qeydə alınan fərqli hesab üzündən formal xarakter daşısa da, digər qarşılaşma "ölüm-dirim" əhəmiyyətlidir.
İlk oyunda səfərdə "Şalke"ni 6:1 hesabıyla darmadağın edən "Real" (Madrid) növbəti mərhələyə vəsiqəni praktiki olaraq təmin edib. Axşamkı matçın formal xarakterli olması məlumdur. Bu səbəbdən www.etopaz.az axşamkı oyun üçün "Real"ın qələbəsini 2 top fora ilə qəbul edir. Fora ilə "Real"ın qələbəsi 1.8 əmsalla dəyərləndirilir.
Heç-heçənin əmsalı isə 4-dür.Bu şərtlər daxilində "Real" - "Şalke" görüşünə "tək oyun" kimi mərc edə bilərsiniz. Madriddəki intriqasız matçdan fərqli olaraq Londonda keçiriləcək həyəcan dolu "Çelsi" - "Qalatasaray" görüşü "nəfəsləri kəsəcək". İstanbuldakı ilk oyunda qeydə alınan 1-1-lik bərabərlik cavab matçının əhəmiyyətini ikiqat artırıb.
İndiyədək "Çelsi" ilə 3 dəfə qarşılaşmış və bu oyunların ikisində uduzub, birində heç-heçə etmiş "Cim-Bom" arzuolunmaz rəqibi qarşısında ilk qələbəni qazanmaq istəyindədir.Ümumiyyətlə, "Qalatasaray"ın ingilis klublarına qarşı oyunu alınmır. "Cim-Bom" tarixi ərzində İngiltərə təmsilçiləri ilə keçirdiyi 18 görüşdən yalnız 3-də qalib gəlib, 7-də isə uduzub. Bütün bunlara baxmayaraq avrokuboklarda 255-ci matçına çıxacaq "Qalatasaray" azarkeşlərini sevindirmək üçün bütün gücünü ortaya qoyacaq.
Mətbuat konfransında "biz pley-offa möcüzə sayəsində çıxdıq, azarkeşlərimizə daha bir sürpriz etmək istəyirik" deyən "Cim-Bom"un baş məşqçisi Roberto Mançini də sonadək "döyüşəcəklərinə" işarə vurub. Vaxtilə "Çelsi"nin formasında qolları sıralayan Didye Droqbanın bu dəfə rəqib oyunçu kimi "Stemford Bric"də nə cür qarşılanacağı da maraq doğurur. Ümumiyyətlə, Lempard-Hazard-Eto triosuna qarşı Sneyder-Burak-Droqba "üçlüy"ünü izləmək maraqlı olacaq. Elə www.etopaz.az da Londondakı matçla bağlı həyəcanı, prinsipaillığı nəzərə alıb "Çelsi"-"Qalatasaray" qarşılaşmasını canlı mərcə çıxarıb. Üstəlik matça "tək oyun" kimi də mərc etmək olar. www.etopaz.az saytının təklif etdiyi əmsallar belədir: "Çelsi"nin qələbəsi 1.25, heç-heçə 4.5, "Qalatasaray"ın qələbəsi 7.5. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
Bu bizim günün əsas oyunları haqda dediklərimiz. Günün özünün də xüsusi özəlliyi var axı. İlaxır çərşənbədə kimi qapı pusmaqla, kimi də noxud falıyla bəxtini yoxlayır. Siz isə bəxtinizi www.etopaz.az ilə yoxlayın. Oynayın və qazanın. Təbriklərimiz də öz yerində. İlaxır çərşənbəniz mübarək!!!
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər