Vaqif Sadıqov: "Qəbələ"dən qat-qat üstün oynadıq"

Vaqif Sadıqov: "Qəbələ"dən qat-qat üstün oynadıq"
GÜNDƏM 19 Fevral 2014 / 17:56 1956
-  A +

"Bu oyun bir daha göstərdi ki, biz düz yoldayıq, AZAL ən yaxşı oyunlarından birini keçirdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Qəbələ" ilə görüşdən (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

V.Sadıqov komandasının bu gün rəqibdən daha üstün oynadığını bildirib: "Ağır oyun oldu, qələbəyə layiq idik, heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu futbolçuların ustalıq səviyyəsindən irəli gəlir. Qol imkanları yaradırıq, amma qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq".

Daha çox


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza