"İnter"in futbolçusuna 9 oyunluq cəza

"İnter"in futbolçusuna 9 oyunluq cəza
GÜNDƏM 18 Fevral 2014 / 15:26 2716
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında baş verən hadisələr də diqqətdən kənarda qalmayıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK "Simurq" - "İnter" matçında baş verənlərlə bağlı aşağıdak qərarları qəbul edib.

XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” – “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun 8 nömrəli futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərmişdir. Bu hadisədən sonra azarkeşlər meydana daxil olmuş və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyun bərpa edilmişdir.
 
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub.

· Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimələnib.

· Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki kluba 1500 manat cəza kəsilib.

· “Simurq” klubunun 7 nömrəli futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimələnib.

· “İnter” klubunun 18 nömrəli futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunub.

· Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanır, klub 3000 manat cərimə tətbiq edilib.

· Baş vermiş hadisənin səbəbkarı “İnter” klubunun 8 nömrəli futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanır, klub 2500 manat cərimələnib.

Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Daha çox


Son xəbərlər