Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün aksiyaya start verdiklərini bəyan ediblər.
Qol.Az-ın məlumatına görə, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər.
Azərbaycanın İstanbuldakı baş konsulluğu da məsələni diqqətdə saxlayaraq müraciətin reallaşması üçün işlər aparır. Bu barədə Modern.az saytına Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Onun sözlərinə görə, hazırda Xocalı soyqırımı ilə bağlı tədbirlərə hazırlıq işləri gedir və sözügedən məsələ də diqqətdə saxlanılır.
“Ancaq hələ ki, bizə rəsmi cavab verilməyib. Gərək AFFA da bu işlə məşğul olsun. Nəticələri bilən kimi, mətbuata əlavə məlumatlar veriləcək”, – deyə H.Zeynalov qeyd edib.
“Qalatasaray” klubunun İstanbuldakı ofisindən Modern.az-a verilən məlumata görə isə UEFA bu kimi məsələləri yasaq edib və bunun böyük cəriməsi var.
“Azərbaycanlı qardaşlarımızın bütün dərdləri bizim dərddir. Ancaq belə məsələlərə icazə verilmir” – deyə klubdan bildirilib.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər