"Qəbələ" Danimarka klubunu məğlub etdi

"Qəbələ" Danimarka klubunu məğlub etdi
GÜNDƏM 16 Fevral 2014 / 16:16 2169
-  A +

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. 

Qol.Az-ın məlumatına görə, "qırmızı-qaralar" ikinci matçda  Danimarkanın HB Koge (U-15) kollektivi ilə qarşılaşıb. Oyun "Qəbələ"nin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində  Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.  Xatırladaq ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç sülhlə bitmişdi - 4:4.

"Qəbələ" növbəti sınaq oyununda  fevralın 17-i  Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır