"Liverpul"un azarkeşi öldürüldü

"Liverpul"un azarkeşi öldürüldü
GÜNDƏM 11 Fevral 2014 / 21:50 2424
-  A +

İngiltərə Premyer Liqasında baş tutan "Liverpul" - "Arsenal" matçından sonra baş verən dava bir azarkeşin ölümünə səbəb olub.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, qarşılaşmadan sonra  gecə klublarından birində iki komandanın azarkeşləri arasında dava düşüb. Bu zaman "Liverpul"un azarkeşi Antonu Muteitha ağır yaralanıb. Xəstəxanaya aparılan A.Muteithanın vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, "Liverpul" - "Arsenal" matçı ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər