Fevralın 7-də Soçidəki “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının açılışı mərasimi keçirilib. Rusiya prezidenti Vladimir Putin Soçi Qış Olimpiya Oyunlarını açıq elan edib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. BMT Baş katibi Pan Gi Mun, Çin Xalq Respublikasının sədri Xi Jinping, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da tədbirə gələn dünya liderləri sırasındadırlar.
XXII Qış Olimpiya Oyunlarının açılışı mərasiminə start verildikdən sonra iştirakçı ölkələrin ənənəvi paradı olub. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançıları salamlayıblar.
Açılış mərasimində bir problem də yaşanıb. Belə ki, olimpiya oyunlarının rəmzi olan 5 halqadan biri texniki səbəblərdən açılmayıb.
Rusiya bu oyunlara 50 milyard dollar pul xərcləyib.
XXII Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki, Soçidə 88 ölkənin nümayəndələri çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 mükafat dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.
Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır.
İndiki Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər.
Bundan başqa Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər.
Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.
Fevralın 7-də başlayan Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.
Olimpiadada təhlükəsizliyə güc strukturlarının 70 min nəfərlik qüvvəsi nəzarət edəcək.
Mənbə: Modern.az
Yuxarı
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu