“Neftçi” fevralın 9-u “Xəzər Lənkəran”la səfərdə baş tutacaq matçın televiziya ilə canlı yayımlanmayacağını açıqlayıb. Bu haqda Qol.Az saytına klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib.
“Çox maraqlıdır, hamı "böyük oyun"dan danışır. “Böyük oyun” isə yayımlanmayacaq. Əminəm ki, bu məsələdə “İdman” Azərbaycan kanalının və ya PFL-in zərrə qədər günahı olsaydı, indi mətbuat susmayacaqdı. Azarkeşlərimizi "Böyük oyun”suz qoymaq istəyən "Xəzər Lənkəran" tərəfidir. Deyirlər, yayım internetdə olacaq. İnternetdə bir, ən yaxşı halda iki kamera ilə çəkilən çəkilişlə TV yayımı müqayisə etmək olar?
Hələ mən internet imkanları olmayan azarkeşləri demirəm. Başqa vaxt futbolun populyarlığından danışırıq, amma çempionatımızın bəzəyi olan oyunun yayımlanmasına mane oluruq. Açıq danışmaq lazımdır, əvvəlki illərdə klublar yayım üçün TV-yə xahiş, minnət edirdilər. Hətta, yayım üçün tələb olunan texniki xərcləri belə klublar ödəyirdi. İndi PFL və “Topaz” yayım üçün hər şəraiti yaradıb. Pulsuz-parasız. Bəs niyə mane oluruq? "Yayım üçün kluba pul ödənilməlidir" bəhanədən başqa bir şey deyil. İndi yadınıza düşdü? Dünənə qədər yayım üçün pulu ödəyən siz idiniz?! Mustafa hocadan, Oğuz Çətindən soruşun, zəhmət olmasa, Türkiyədə hələ “Fənərbaxça” – “Qalatasaray” derbisi bir kənara, "Beşiktaş" - "Konyaspor" oyunu yayımlanmasa, ictimaiyyət nə reaksiya verərdi? Təsəvvür belə etmək çətindir” – deyə o bildirib.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı