İtaliya Kubokunda bu axşam yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. Buna qədər hər mərhələnin qalibi bir oyunla müəyyənləşirdisə, yarımfinalda artıq tərəflər "ev-səfər" prinsipiylə qarşılaşacaq.
İlk duel Udinedə - yerli "Udineze" ilə "Fiorentina" qarşılaşacaq. Hər iki komanda üçün A seriyasında çempionluq əlçatmaz olduğundan bu mövsüm titul qazanmaq üçün əsas diqqəti ölkə kubokuna yönəldiblər. Ön xətində qocalmaq bilməyən Antonio Di Natalinin çıxış etdiyi "Udineze" yarımfinala qədər "İnter" və "Milan" kimi "nəhənglər"i mübarizədən kənarlaşdırıb. "Kyevo" və "Siena"nı üstələyən Xoakinli, Cüzeppe Rossili Fiorentina"nın kubokdakı yolu isə nisbətən rahat olub.
"İnter" və "Milan"dan sonra sıra "Fiorentina"ndır" deyən "Udineze" bu axşam öz meydanında qalib gəlib cavab matçına üstün yollanmaq üçün bütün gücünü ortaya qoyacaq. Florensiyalılar da təbii ki, bütün oyunu müdafiədə keçirməyəcək. Finalın bir addımlığında dayanmağı yəqin ki, heç bir komanda arzulamaz. Gecə saat 12-də başlanacaq bu maraqlı qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar belədir: "Udineze"nin qələbəsi 2.7, heç-heçə 3.1, "Fiorentina"nın qələbəsi 2.2.
Qarlı-şaxtalı qış gecələrində futbol ehtirasınınn, qazanmaq həyəcanının xüsusi yeri var. Bunlar isə www.etopaz.az ilə yaşanır. Bol şanslar!!!
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər