Güvənc Kurtar: "Bir daha "Rəvan"ı belə görməyəcəksiniz"

Güvənc Kurtar: "Bir daha "Rəvan"ı belə görməyəcəksiniz"
GÜNDƏM 2 Fevral 2014 / 16:55 3375
-  A +

"Rəvan" klubunun yeni baş məşqçisi Güvənc Kurtar Topaz Premyer Liqanın son turunda "Bakı"ya qarşı keçirdikləri oyun (1:5) haqda danışıb.

Qol.Az-ın məlumatına görə, türkiyəli çalışdırıcı acı məğlubiyyətin səbəbləri izah edib və bir daha bü cür nəticə qeydə alınmayacağına söz verib:

“Oyuna pis başladıq. 10 gün ərzində az çalışdıq. Bunu bəhanə kimi gətirmirəm. Belə qollar buraxmamalıyıq. Transferlərimiz çox gec gəldi. Bu cür hesablı qarşılaşma  ilk və son oyunumuzdur. Bir daha “Rəvan”ı belə görməyəcəksiniz”. 

Daha çox


Son xəbərlər